Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr 2020-ci il Bərdə terrorundan 3 il ötür

05 oktyabr 2023 | 12:16
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan düşmən döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutmuşdur.
Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Bərdə rayonudur. 05.10.2020-ci il tarixində Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olmuş, 6 nəfər yaralanmış, mülki infrastruktura külli miqdarda ziyan dəymişdir.

 

Terror nəticəsində həyatını itirmiş şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Keçidlər