Şriftin ölçüsü :

Saytın rəngi :

Şahvəlilər kəndinə təbii qaz verilişinin açılışı

05 may 2013 | 15:00

 

        04 may 2013-cü il tarixdə rayonun Şahvəlilər kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov iştirak etmişlər.
      Kəndin qazlaşdırılması üçün 12866 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş,8 ədəd siyirtmə quraşdırılmış,hər bir  evə daxili qaz xətləri çəkilmiş, fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmış, 231 ailəyə təbii qaz verilmişdir.
       Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev açmış, kənd ağsaqqalı Musa Nəsirov,kənd tam orta məktəbin müəllimi Aidə Məmmədova və kənd sakini Eldar İsmayılov , “Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov, Millət vəkili Zahid Oruc, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmişlər.
       Tədbirin sonunda kəndə təbii qaz verilişinin açılışının rəmzi əlaməti olan məşəl alovlandırılmış, kənd sakinləri ilə söhbət edilmiş, kənd sakinin evində qaz verilişi müşayət olunmuşdur

Keçidlər