Arabaçılar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
27 iyun 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin yüksək sürətlə inkişaf etməsi, rayonumuzda böyük tikinti-abadlıq işləri aparıldığı, əhalinin sosial-iqtisadi problemlərinin sürətlə həll edildiyi barədə məlumat verdi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsi, minimum əməkhaqqı, minimum pensiya, tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla, bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını, bunların ardınca minimum əmək haqlarının artırıldığını diqqətə çatdırmış, ölkəmizin sosial-iqtisadi inkişafınının xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Arabaçılar kəndində həyata keçirilən layihələrdən, görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Son illər Arabaçılar kəndi qazlaşdırılmış, kənddə bir ədəd subartezian quyusu vurulmuş, içməli su şəbəkəsi tikilmiş, küçələrdə su krantları quraşdırılmış, kənddaxili 7,9 km yollar qum-çınqılla əsaslı təmir edilmiş, kəndə sürətli internet verilmiş, kəndin elektrik şəbəkəsinin təqribən 40 faizi kabelləşdirilmişdir.
Hazırda kənddə 200 hektar sahədə pambıq əkilmiş və pambıqda 3-cü kompleks becərmə aparılır, əkinlər kütləvi 2-ci üz surətdə suvarılır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Vaqif Əliyev içməli su artezianının suyunun bulanlıq olduğu, Əjdər Qaraşov yeni yaşyış məhəlləsinə yeni transformator quraşdırılması, Rəsul Həsənov kəndin telefon dirəklərinin səliqəyə salınması, çürük dirəklərinin yenisi ilə əvəz edilməsi, Bəhruz Həsənov kəndin elektrik şəbəkəsinə ayrıc quraşdırılması, Xəlil Əliyev öhdəsində olan 3 km yol kənarında olan çəkil ağaclarının dibinin təmizlənməsi üçün texnika verilməsi, Adil Həsənov kənddə kanalizasiya sisteminin quraşdırılması, pensiyay çıxması üçün iş stajının məhkəmə tərəfindən təsdiq edilməsi, Cavanşir Əhmədov kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.