Lənbəran kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
01 avqust 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızın sosial-iqtisadi inkişafının xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Lənbəran kəndində görülən işlərdən, sakinlərinin məşğulluğundan, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, həyata keçirilən infrastruktur layihələrdən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Azərbaycan Respublikasının göstərişi əsasında rayonda həyata keçirilən infrastruktur layihələri rayonun görnüşünü tanınmaz dərəcədə gözəlləşdirmiş, əhalinin maddi rifah halını yüksəltmişdir. Lənbəran kəndi rayonun ən böyük kəndi olmaqla qazlaşdırılmış, kəndin elektrik şəbəkəsi yenidən qurulmuş, elektrik xətləri kabelləşdirilmiş, kəndin 22 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, 8 km baş yolu yenidən qurulub və asfaltlaşdırılıb, kənddə 8 ədəd körpü yenidən qurulub, 2 nəfər Qarabğ əlili üçün fərdi yaşayış evinin tikilmiş, 30 km baş arxlar və təsərrüfatdaxili arxlar 6 km açıq dren kanalllar lildən təmizlənmiş, 1 ədəd məscid təmir edilmiş, İçməli su üçün 1 ədəd artezian quyusu qazılıb istifadəyə verilmişdir.
Həyata keçirilmiş tədbirlər nəticəsində kəndin iqtisadiyyatı ildən-ilə güclənir. Kənddə 2018-ci ildə kənddə 301 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 903 ton pambıq istehsal edilmişdir. Hazırda 436 hektar sahədə pambıqda 3-cü becərmə, 2-ci suvarma başa çatdırılıb, bar aylığı müvəffəqiyyətlə keçirilir.
2018-ci ildə kənddə 95 qutu ipək qurdu bəslənmiş, hər qurudan 49,5 kq olmaqla 4700 kq, 2019-cu ildə 120 qutu ipək qurdu bəslənmiş, hər qutudan 42,5 kq olmaqla 5100 kq barama istehsal edilmişdir. Son illər kənddə 9 min ədəd, o cümlədən Çindən gətirilmiş 5 min ədəd çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Şölə Qasımova kəndin baş yolunun yenidən qurulması və asfaltlaşdırılmasına görə Respublika Prezidentinə minnətdarlığını bildirdi, yolun daha 1 km hissəsinin asfaltlaşdırılması, Rasim Quliyev elektrik şəbəkəsində gərginliyin normaya çatdırılması üçün əlavə 2 ədəd güc transformatorunun quraşdırılması, Sahib Hüseynov içməli su üçün 3 ədəd artezian quyusunun vurulması, Nazim Əfəndiyev baş yolun daha 1 km hissəsinin asfaltlaşdırılması, Məmmədalı Hacıyev örüş yerinin zəbt olunmuş hissəsinin sakinlərin istifadəsinə verilməsi, Gülzadə Abdullayeva həyətyanı torpaq sahəsi verilməsi, Bəxtiyar Hüseynov kənd ağsaqqalları üçün istirahət yeri yaradılması, Zakir Ağalarov kəndin ərazisindən keçən 2 km uzunluqda açıq dren kanalın lildən təmizlənməsi, Solmaz Əliyeva yaşadığı ərazidə içməli su üçün 1 ədəd artezian quyusu qazılması barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın və baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.