Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiya səfirliyi xəttilə Bərdənin 9 kəndində suvarma sistemi bərpa edilərək istifadəyə verilib.

19 avqust 2019 | 16:00
Ümumi məbləği 82 min 719 ABŞ dolları təşkil edən “Bərdə rayonunun 9 kəndində suvarma sisteminin bərpası” layihəsinin həyata keçirilməsi ilə əlaqədar olaraq  Avqustun 19-da Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorinin iştirakı ilə Bərdə rayonunda açılış mərasimləri keçirilmişdir.
Mərasimlərdən öncə səfirin rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşü olmuşdur.
Görüşdə çıxış edən səfir Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat vermişdir. Bu vaxta qədər Azərbaycanda ümumi dəyəri 20 milyon ABŞ dolları olan 237 layihə üzrə qrant müqaviləsi imzalanıb. Ümumi dəyəri 1 milyon 170 min ABŞ dolları olan daha 11 yeni layihə üzrə isə danışıqlar davam etməkdədir. Diqqətə çatdırılıb ki, yeni layihənin icrası nəticəsində rayonun 9 kəndində 329 ailəyə məxsus 453 hektar sahənin suvarma suyu ilə təminatı yaxşılaşacaq. Əminliklə bildirmişdir  ki, layihə rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfəsini verəcək.
Görüşdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirmiş,  bu layihələri Yaponiya-Azərbaycan dostluğunun daha bir nümunəsi adlandırmışdır.
Sonra nəzərdə tutulan kəndlərdə layihənin icrası ilə əlaqədar olaraq səfir  Teruyuki Katorinin  iştirakı ilə rayonun Qaradəmirçi kəndində açılış mərasimi keçirimişdir.
Keçidlər