Qullar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
22 avqust 2019 | 16:00
Qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyanın məsul işçisi Əflatun Rufiyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qullar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Qullar kəndindin də daxil olduğu Şirvanlı kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Kəndlərin elektrik şəbəkəsinin kabelləşdirilməsinə başlanıb,
Qullar kəndində son illər daxili yolları qum-çınqılla əsaslı təmir edilmiş, 180 şagird yerlik ümumi məktəb tikilmiş, kəndin elektrik şəbəkəsi tam kabelləşdirilmiş, kəndin baş yolu qum-çınqılla əsaslı təmir edilmiş, kəndin ərazisindən keçən 2 km açıq dren kanal lildən təmizlənmiş, kənd qazlaşdırılmışdır.
2018-ci ildə kənddə 38 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 35 sentner olmaqla 133 ton pambıq tədarük edilmiş, cari ildə 37 hektar sahədə pambıq əkilmişdir. 2018-ci ildə kənddə 1 nəfər kümçü 3 qutu barama götürüb saxlamış, hər qutudan 52 kq olmaqla 156 kq barama istehsal etmişdir. 2018-ci ildə kənddə 500 ədəd yerli çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Məhərrəm Məmmədov içməli su üçün 1 ədəd artezian quyusunun qazılması, Vaqif Rüstəmov 3 km uzunluğunda kəndin baş yolunun asfaltlaşdırılması, Ağalar Süleymanov kənd ümumi orta məktəbinin tam orta məktəbə çevrilməsi, Azay Mehdiyev suvarma suyu üçün 1 ədəd subartezian quyusunun qazılması barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş, vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.