Şriftin ölçüsü :

Saytın rəngi :

Kərimbəyli kəndinə təbii qaz verilişinin açılışı

05 may 2013 | 15:00

 

        04 may 2013-cü il tarixdə rayonun Kərimbəyli kəndinə təbii qaz verilişinin açılışı olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Zahid Oruc, “Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov iştirak etmişlər.
      Kəndin qazlaşdırılması üçün 6708 p/metr müxtəlif diametrli qaz xətləri çəkilmiş, 6 ədəd siyirtmə quraşdırılmış, hər bir  evə daxili qaz xətləri çəkilmiş və fərdi qaz sayğacı quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmış, 70 ailəyə təbii qaz verilmişdir.
        Tədbiri rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev açmış, kənd ağsaqqalı Tahir Abdinov və kənd sakinləri Binnət Əliyev və Roza Xəlilova,“Azəriqaz” İB-nin Tikinti Departamentinin rəis müavini Fuad Şükürov, Millət vəkili Zahid Oruc, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmişlər.
        Tədbirin sonunda kəndə təbii qaz verilişinin açılışının rəmzi əlaməti olan məşəl alovlandırılmış, kənd sakinləri ilə söhbət edilmiş, kənd sakinin evində qaz verilişi müşayət olunmuşdur.

Keçidlər