Şriftin ölçüsü :

Saytın rəngi :

Hacallı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

29 avqust 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Hacallı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Hacallı  kəndi tam  qazlaşdırılıb, kəndin elektrik xətlərinin kabelləşdirilməsinə başlanıb.
Hacallı kəndin  4 km baş yolu və 7 km kənddaxili yoları qum-çınqılla əsaslı təmir edilib,  içməli su üçün 1 ədəd subartezian quyusu vurulub, kəndin ərazisindən keçən magistral yolun kənarlarında 1500 ədəd ağac əkilib.
2018-ci ildə kənddə 120 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 30 sentner məhsul götürməklə 360 ton pambıq istehsal edilmişdir. cari ildə 119 hektar pambıq əkilmişdir. Pambığın 3-cü kompleks becərməsi başa çatdırılmışdır.
2018-ci ildə kənddə 3 nəfər kümçü 8 qutu ipək qurdu saxlanmış, hər qutudan 40 kq olmaqla cəmi 320 kq barama istehsal edilmişdir.. Kənddə 600 ədəd çəkil ağacı mövcuddur, indiyədək ərazidə 1000 ədəd yerli çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Kamilə Əhmədova kənd tam orta məktəbinin yenisinin inşa edilməsi, Vaqif Şərəfxanov içməli su üçün 1 ədəd artezian quyusunun qazılması, Rahil Hacıyev suvarma üçün öz hesablarına quraşdırdıqları su nasosunun qeydiyyata alınması, Mirzəli Əliyev kəndin pay torpaqlarına gedən yolda asma körpü deyilən körpünün bərpası barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər