Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə təhsil işçilərinin Sentyabr konfransının plenar müşavirələri keçirilmişdir.

03 sentyabr 2019 | 16:00
Sentyabrın 3-də Bərdədə Bərdə, Tərtər və Ağdam rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.
Bərdə rayon İcra Hakimiyyətinin akt zalında keçirilən sentyabr konfransında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə, Tərtər və Ağdam rayon təhsil şöbələrinin müdirləri, məktəb direktorları və təhsil işçiləri iştirak ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. Nazir müavini 2019-2020-ci tədris ili üçün əsas prioritet məsələlərdən söz açıb, bununla bağlı bağlı tapşırıq və tövsiyələrini  verib.
Konfransda çıxış edən Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsində dövlət səviyyəsində aparılan işlərdən,  təhsil sahəsində həyata keçirilən yeniliklər dən və nəticədə əldə olunan uğurlardan  danışmışdır.
Konfransda iştirak edən   Bərdə, Tərtər və Ağdam rayonlarının təhsil şöbələrinin müdirləri ötən tədris ilinə dair hesabat məruzəsi ilə çıxış ediblər.
Sonra  yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb
Keçidlər