Şriftin ölçüsü :

Saytın rəngi :

Tumaslı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

06 sentyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Tumaslı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur.Tumaslı  kəndi tam  qazlaşdırılıb, kəndin elektrik xətlərinin kabelləşdirilməsinə başlanıb.
Tumaslı kəndin  6,3 km baş yolu qum-çınqılla əsaslı təmir edilib,  içməli su üçün 2,9 km su xətti çəkilib və küçələrdə 8 ədəd bulaq tikilmiş, kəndin ərazisindən keçən 6 km açıq-dren kanal və təsərrüfatlararası 4.5 km su arxları lildən təmizlənib. Kəndin telefon xətləri yenisi ilə əvəz edilib, kəndə sürətli internet verilib, Yuxarı Qarabağ kanalından Mingəçevir-Bəhrəmtəpə yolunun altından 750 mm-lik su xətti çəkilmiş, 400 hektar torpaqların suvarılması yaxşılaşdırılmış, Alpout-Qarayusifli-Tumaslı kəndlərarası 4 km yol vaxaşırı qreyderlə hamarlanaraq hərəkətin rahatlığı təmin edilmişdir.
     2018-ci ildə kənddə 10 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 29 sentner məhsul götürməklə 29 ton pambıq istehsal edilmişdir. cari ildə 15 hektar pambıq əkilmiş, hazırda pambığın yığımına hazırlıq işləri aparılır.
2018-2019 -cu ilərdə kənddə ipək qurdu saxlanmış, Kənddə 600 ədəd köhnə  çəkil ağacı mövcuddur.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Knyaz Əliyev Alpout-Qarayusifli-Tumaslı yolunun asfaltlaşdırılması, Azər Qəhrəmanov Kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, hasarlanması, kəndin elektrik şəbəkəsinə ayrıc qoyulması, Akif Nəcəfov kəndin elektrik şəbəkəsində kabelləşdirmənin başa çatdırılması və evlərə su çəkilişi ilə əlaqədar içməli suyun kəndin kənarlarına çatmaması, Aidə Orucova kəndə sərnişin avtobus marşurutunun açılması və kənd tam orta məktəbin dam örtüyünün təmiri, Fərhad Kazımov kənd tam orta məktəbin yaxınlığında olan çayxananın bağlanması, Məhəmməd Həsənov Evlərinin yanında yanmış transformatorun təmir edilməsi barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər