Bərdə rayonunda “Bilik günü”ndə “Modul tipli” 4 yeni məktəb binası istifadəyə verildi.
16 sentyabr 2019 | 16:00
Yeni dərs ilinin ilk günündə Bərdə rayonunun İmamqulubəyli, Nəcəfqulubəyli, Böyük Qacar və Təhlə kəndlərində müəllim və şagirdlər ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 16-da həmin kəndlərdə yeni modul tipli məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə Böyük Qacar kəndində keçirilən mərasimlərdə rayon icra hakimiyyətinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər.
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya tədbiri açaraq, ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu sahədə gördüyü tədbirlərdən danışıblar.
Məktəbin direktoru İslam Əzimov çıxışında yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müəllim, şagird və valideynləri Bilik Günü və məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıb.
Yeni tədris ilinin əvvəlində 43 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Diqqətə çatdırılıb ki, bu gün Bərdə rayonunda dörd modul tipli məktəb binası istifadəyə verilir. İmamqulubəyli kənd ibtidai məktəbinin binası 20, Nəcəfqulubəyli kənd ibtidai məktəbinin binası 56, Böyük Qacar kənd ümumi orta məktəbinin binası 96, Təhlə kənd ümumi orta məktəbin binası isə 80 şagird yerlikdir. Məktəblər sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəblərdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşılıqlar salınıb.
Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa edilir, mövcud məktəblər təmir olunur və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır. Təkcə bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1145 nəfər məzundan 810-u ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 561 nəfər ali, 184 nəfər orta-ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 115 nəfəri 500-dən yuxarı, o cümlədən 34 nəfəri 600-dən çox bal toplayıb.
Sonra pedaqoji kollektivin nümayəndələri, şagirdlər və kənd sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar