Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıbəyli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

26 sentyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Hacıbəyli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Hacıbəyli kəndindin də daxil olduğu Mirzəxan Qaraqoyunlu kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Türkmən, Cumalar və Həsənli kəndinin elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, Köbər kəndinin elektrik xətlərinin 40 faizə qədəri kabelləşdirilib,
Hacıbəli kəndində son illər Hacıbəyli-Kafarlı kəndlərarası 1,5 km yol qum-çınqılla əsaslı təmir edilib, Hacıbəyli və Kafarlı kəndlərinin sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təmin etmək üçün sutəmizləyici qurğu quraşdırılıb, Kafarlı kəndində 9, Hacıbəyli kəndində 7 bulaq quraşdırılmışdır. Kəndin ərazisində 5,49 hektar sahədə meyvə bağı salınıb.
2018-ci ildə 10 hektar pambıq əkilmiş, hər hektardan 34 sentner olmaqla 408 ton pambıq istehsal edilmiş, cari ildə kənddə 15 hektar sahədə pambıq əkilmiş, indiyədək 7 hektar sahədə pambıq yığılmiş, birinci üzdən 30 sentner məhsul götürülüb. 2018-ci və 2019-cu illərdə kənddə ipək qurdu saxlanılmamışdır.
      Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Vahid Əliyev  kəndin baş yolunun asfalt-betonla tikilməsi, Əkbər Gülməmmədov  Hacıbəyli kəndinin elektrik xətlərinin kabelləşdirilməsi, Rəşid Ağayev  Kəndin telefonlaşdırılması, qəzalı olan elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, Saleh Abbasov Vəfat etmiş qızının uşaqlarının onun qəyyumluğuna verilməsi, Namiq Abbasov Vəfat etmiş qardaşının evinə ziyan vuran ağacın budanması, Tərtər çayının bəndinin yuyulmasının qarşısının alınması,
Sədaqət Abbasova Pay torpaqlarına gedən sahə yolunun hamarlanması, sağlamlığının müayinə edilməsi, Zaur Mirzəyev Məktəb yolunun qreyderlə hamarlanması, Əminə Məmmədova Kənd körpələr evi-uşaq bağçasının cari təmir edilməsi, Fizuli Nəcəfov Məktəbin yaxınlığında Mollaisalar-Vəliuşağı-Sərkarlar yolunda piyada keçidi işarəsinin qoyulmasına köməklik göstərilməsi barədə xahiş etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər