Qaradəmirçi kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Qaradəmirçi kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Qaradəmirçi kəndindin də daxil olduğu Mehdili kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Kəndin 8 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, İçməli su üçün 1 ədəd artezian quyusu qazılıb, küçələrdə 8 bulaq quraşdırılıb, Suvarma üçün 3 ədəd subartezian quyusu qazılıb, Mehdili, Qaradəmirçi və Xanağalı kəndləri ərazisində 9,2 km açıq dren-kanal lildən təmizlənib, Qaradəmirçi kənd yolunun kənarında və Xanağalı kənd tam orta məktəbin həyətində 250 ədəd ağac əkilib. 2018-ci ildə 140 hektar sahədə pambıq əkilmiş, hər hektardan 28 sentner olmaqla 392 ton pambıq istehsal edilmiş, cari ildə kənddə 140 hektar sahədə pambıq əkilmişdir, indiyədək 90 hektar sahədə pambıq yığılmış, hər hektardan birinci üz 30 sentner məhsul götürülüb.
. 2018-ci ildə 1 nəfər kümçü 2 qutu ipək qurdu bəsləmiş, 104 kq və ya hər qutudan 52 kq barama təhvil verilmişdir. Cari ildə 4 qutu barama saxlanılmış, 220 kq barama təhvil verilmişdir. Son illər ərazidə 2 min ədəd xaricdən gətirilmiş çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. İldırım Məmmədov kəndin elektrik şəbəkəsinin kabelləşdirilməsi, Loğman Quliyev kənddə pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Fəxrəddin Piriyev Xanxanımlı- Qaradəmirçi-Xanrəb kəndlərarası yolun asfaltlaşdırılması, Xanağalı kəndində 1 ədəd içməli su artezian quyusunun qazılması, Ələmdar Həsənov Qaradəmirçi kəndində pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Əliyoşan Naibov ona mxsus qeyri yaşayış obyektinə sənəd verilməsi və Qaradəmirçi kəndində içməli su üçün 1 ədəd artezian quyusunun qazılması, Garay Əsədov Uşaqlarını şəhər musiqi məktəbinə köçürülməsi, Nəcibə Quliyeva Xanağalı kəndində körpələr evi-uşaq bağçası açılması, Zakir Məmmədov Evinə gedən yolun qum-çınqılla təmir edilməsi barədə xahiş etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.