Şriftin ölçüsü :

Saytın rəngi :

Çələbilər kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

17 oktyabr 2019 | 16:00
Qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, xalqımızın həyat şəraitinin yüksəldilməsinə göstərdiyi müsbət təsirdən, ölkə iqtisadiyyatının sürətlə inkişafından, Valday Beynəlxalq diskusiya klubunun IX plenar sesiyasında çıxışından, orada Ermənistan prezidentinə “Qarabağ Azərbaycandır və nida” ifadəsi ilə cavab verməsi,   Azərbaycanın ərazi bütövlüyün təmini sahəsində titanik fəaliyyətindən, türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşündə nitqindən danışdı, ölkə başçısının imzaladığı sərəncamlarla əhalinin xeyli hissəsinin maddi-rifah halının yüksəldiyini, problemli kreditlərin həll edildiyini, həyata keçirilmiş tədbirlər nəticəsində artıq ölkəmizdə əhalinin sayının 10 milyonu keçdiyini, əkinlərə görə subsidiyaların dəfələrlə artdığı və bu sahədə yeni qaydalar barədə məlumat verdi, rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi.  Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, layihələrdən söz açdı və bildirmişdir ki, Azərbaycan dövləti daima xalqın yanındadır. Çələbilər kənd    inzibati ərazi dairəsi ölkəmizlə birlikdə inkişaf edib, inzibati ərazi dairəsinin hər iki kəndi qazlaşdırılmış, sakinlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunurlar.
Son illər,  ərazidə abadlıq işləri aparılmış,   təsərrüfatdaxili 3 km arxlar lildən təmizlənmiş kəndin yüksək gərginlikli elektrik xətlərində təmir işləri aparılmış, xəttin qoruq zonasındakı ağaclar budanmışdır. 
Çələbilər kəndində yeni evlər tikilmiş məhəllədə evlərə içməli su çəkilmiş, sayğaclaşdırılmış, Nifçi kənd sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi üçün sutəmizləyici qurğu quraşdırılmış, küçələrdə 7 bulaq quraşdırılmış, Çələbilər kəndində olan Qobu çayında  baş verə biləcək daşqınların qarşısının alınması üçün 1 km qobu, Çələbilər və Niftçi kəndlərinin əkin sahələrini suvarmaq üçün 5 km baş arx lildən təmizlənmiş, Çələbilər kəndinə sürətli internet verilmişdir.
2018-ci ildə Çələbilər kənd inzibati ərazi dairəsində 48 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 30,6 sentner olmaqla 146,8 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə kənddə 74 hektar pambıq əkilmiş, indiyədək birinci üzdən 28,2 sentner olmaqla 208,8 ton məhsul götürülmüşdür. Keçən il  4 nəfər kümçü tərəfindən 4 qutu ipək qurdu saxlanmış, hər qutudan 54 kq olmaqla 216 kq, 2019-cu  1 nəfər kümçü tərəfindən 12 qutu ipək qurdu saxlanılmış, hər qutudan 49,1 kq olmaqla cəmi 541 kq barama istehsal edilmişdir.  2016-2018-ci illərdə inzibati ərazi dairəsində 1000 ədəd, o cümlədən 500 ədəd xaricdən gətirilmiş tut tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Arif Mənsimov rayonda və kəndlərində görülən işlərə, əhalinin məşğulluğuna göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi, Vaqif İbrahimov Yevlax rayonuna çıxış yolunun təmir edilməsi, Akif Rəhimov kənddə içməli su üçün 1 ədəd artezian quyusunun vurulmasını, 350 metr elektrik xəttinin təmiri, Əyyub Əhmədov kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Şahin Rüstəmov kənd üçün örüş yerinin ayrılması, Mahirə Hacıyeva pay torpağının əskik olmasını barədə məhkəməyə müraciət etdiyini və iddiasının təmin olunmadığını bildirdi, oğlunun əlil kimi pensiyaya çıxmasına köməklik göstərilməsi, Yavər Səlimova II qrup əlil olan həyat yoldaşınına I qrup əlilik dərəcəsi verilməsi, Badam Hüseynova əlil oğluna əlil arabası verilməsi, Ziyad Dadaşov
kəndin  torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yaşadığı küçədə 0,4 km elektrik xəttinin təmir edilməsi, Zeynəb Namazova kəndin yaşadığı ərazisində  qazın zəif olması barədə müraciət etmişdir.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmiş, məsələlərin əksəriyyəti yerindəcə həll edilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün görülən tədbirlərə görə, yerlərdə vətəndaşların qəbuluna görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər