Hacıəhmədli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
24 oktyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Hacıəhmədli kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Hacıəhmədli kəndindinin də daxil olduğu Otuzikilər kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb və bildirilmişdir ki, Hacıəhmədli kəndində hazırda qaz xətlərinin testi aparılır, yaxın vatlara açılışı olacaqdır.
. Hacıəhmədli kənd sakinlərinin də istifadə etdiyi Mollaisalar-Vəliuşağı-Sərkarlar kəndlərarası yol yenidən qurulub, Kəndin 2 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Kəndin ərazisində 1,2 km baş suvarma arxı lildən təmizlənib. 2018-ci ildə kənddə 4 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 38 sentner olmaqla 15,2 ton pambıq istehsal edilmiş, cari ildə kənddə 6,8 hektar pambıq əkilmiş, birinci üzdən orta hesabla hər hektardan 30 sentner olmaqla 20,4 ton məhsul götürülmüşdür. 2018-ci və 2019-cu illərdə kənndə barama saxlanılmamışdır. Kənddə 1200 ədəd çəkil ağacı mövcuddur.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Qənimət Mehdiyev Kənddə içməli su layihəsinin həyata keçirilməsi və 3 ədəd elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Kifayət Talıbova sahibkarlıq üçün obyekt tikməsinə və sənədləşdirilməsinə köməklik göstərilməsi, İsmayıl Rüstəmov Kəndin elektrik şəbəkəısinin yenidən qurulması və əlavə güc transformatoru qoyulması, Südabə Cəfərova Hacıəhmədli kəndi ilə Mollaisalar-Vəliuşağı-Sərkarlar yolunu birləşdirən 3 km yolun asfaltlaşdırılması, Malik Cəlilov ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, Fəridə Mustafayeva ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, fərdi təsərrüfatı üçün mal-heyvan verilməsi, Dilqəm Eyvazov Qaynaqçı emalatxanası tikmək üçün torpaq sahəsi verilməsi barədə xahiş etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.