Şriftin ölçüsü :

Saytın rəngi :

Mirzəxan Qaraqoyunlu kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

07 noyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Mirzəxan kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Mİrzəxan kəndindinin də daxil olduğu Mirzəxan Qaraqoyunlu kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
        Köbər kəndinin içməli su şəbəkəsi tikilib (5 km), küçələrdə bulaq inşa edilmişdir, Hacıbəyli-Kafarlı kəndlərarası 1,5 km yol qum-çınqılla əsaslı təmir edilib, Mirzəxan kənd tam orta məktəbi büdcə vəsaiti hesabına cari təmir edilib, Köbər kəndinin 6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib,
Hacıbəyli və Kafarlı kəndlərinin sakinlərinin ekoloji cəhətdən təmiz su ilə təmin etmək üçün sutəmizləyici qurğu quraşdırılıb, Kafarlı kəndində 9, Hacıbəyli kəndində 7 bulaq quraşdırılmışdır.Həsənli kənd tibb məntəqəsi əsaslı təmir edilib,
Türkmən kəndində 500 başlıq müasir heyvandarlıq kompleksi tikilib, Kafarlı kənd sakini I qrup Qarabağ müharibəsi əlili Məmmədov Şahlar Məhəmməd oğluna fərdi yaşayış evi tikilmişdir. Hacıbəyli kəndi ərazisində 5,49 hektar sahədə meyvə bağı salınıb.
2018-ci ildə 15,7 hektar pambıq əkilmiş, hər hektardan 34 sentner olmaqla 47 ton pambıq istehsal edilmiş,
, cari ildə kənddə 17,4 hektar sahədə pambıq əkilmiş, indiyədək hər hektardan 30 sentner məhsul götürülüb. 2018-ci ildə 2 nəfər kümçü tərəfindən 8 qutu ipək qurdu saxlanılmış, hər qutudan 40 kq olmaqla 320 kq barama istehsal edilmişdir.  2019-cu ildə 6 nəfər kümçü tərəfindən 19 qutu ipək qurdu saxlanılmış, hər qutudan 39 kq olmaqla 741 kq barama istehsal edilmişdir. Kənddə 1100 ədəd çəkil ağacı var. Son illər kəndin ərazisində 1000 ədəd, o cümlədən xaricdən gətirilmiş 500 ədəd çəkil tingi əkilmişdir.
     Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Müzəffər Hüseynov Pay torpaqlarına gedən arxın lildən təmizlənməsi, Zərbalı Adıgözəlovb Kəndin baş yolunun asfaltlaşdırılması, Qaratel Quliyeva qızının kənd uşaq bağçasında işlə təmin edilməsi, Bəhruz Musayev qardaşının adına olan şəhid bulağına suyun gəlməməsi, Bəhruz Məmişov Kəndə sərnişin marşurutunun açılması, Bəxtiyar Qasımov  ona məxsus maşınyuma obyektinin bərpa olunması, Mobil İsmayılov Otuzikilər kəndi yolunda körpünün yenidən qurulması, Rəfiqə Qarayeva oğlunun işlə təmin edilməsi, evinin üstünün vurulması    barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər