Şriftin ölçüsü :

Saytın rəngi :

Xanərəb kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

15 noyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Xanərəb kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Xanərəb kəndindinin də daxil olduğu Xanərəb kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Xanərəb kəndində  6 ədəd subartezian quyusu qazılıb, kəndin 10 km daxili yolları qum-çınqılla təmir edilib, kənd qəbirstanlığı abadlaşdırılıb, hasar çəkilmiş, 1 ədəd talvar tikilmişdir (AzKİL),  kənd tam orta məktəbi büdcə vəsaiti hesabına təmir edilib (dam örtüyünün bir hissəsi dəyişdirilib, daxildə suvaq və rəngləmə işləri aparılıb, elektrik xətləri dəyişdirilib), Sakinlər mövcud 5 ədəd subartezian quyusu vasitəsilə içməli su ilə təmin edilirlər.
       Şərəfli kəndində sakinkər mövcud 1 ədəd subartezian quyusu  vasitəsilə içməli su ilə təmin olunurlar, kənd qazlaşdırılıb, kəndin 6 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib. İnzibati ərazi dairəsi üzrə 2018-ci ildə 246 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 738 ton pambıq istehsal edilib. Cari ildə 277 hektar sahədə pambıq əkilmişdir, indiyədək 939 ton pambıq yığılıb, 2-ci üzdən 30 hektar qalıb, hər hektardan orta hesabal 33,9 sentner məhsul götürülmüşdür.2018-ci ildə 4 nəfər kümçü 12 qutu ipək qurdu bəsləmiş, hər qutudan 45 kq olmaqla 540 kq barama təhvil verilmişdir.
Cari ildə 11 məfər kümçü 22 qutu ipək qurdu bəsləmiş, hər qutudan 35 kq olmaqla 770 kq barama təhvil verilmişdir.Ərazidə 1000 ədəd köhnə çəkil var.
Son illər ərazidə 9 min ədəd, o cümlədən 9 min ədəd xaricdən gətirilmiş çəkil tingi əkilmişdir.
        Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Səyyaf Əliyev Xanərəb kənd tam orta məktəbinin əsaslı təmiri, Emil Quliyev Kəndin baş yolunun asfaltlaşdırılması, Faiq Quliyev Pambıqdan nəmliyə və zibilliyə görə çıxımın çox olunması, kəndin elektrik şəbəkəsinin kabelləşdirilməsinin başa çatdırılması, Ceyran Əliyeva Suvarma üçün 1 ədəd subartezian quyusunun qazılması,Tarıyel Quliyev  979 nömrəli subartezian quyusunun üstündən keçən 10 kv-luq xəttin yerinin dəyişdirilməsi, Tahir Namazov Subartezian quyusunun elektrik xəttinə toxunan ağacların budanması,
İsbəndiyar Əliyev Şərəfli kəndi ərazində “Kəndin altı” adlana ərazidə olan pay torpağının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması,
Reyhan Hüseynova  Xaçın çayı yaxınlığında olan pay torpağının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər