Bərdə məktəbliləri Lənkəran , Masallı və Astara rayonlarından xoş təəsüratla geri döndülər.
21 noyabr 2019 | 16:00
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində üç gün müddətində Lənkəran, Masallı və Astara marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən bərdəli şagirdlər noyabr ayının 21-də rayona geri dönüblər. Tur-aksiya iştirakçılarını rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin nümayəndələri və şagirdlərin valideyinləri qarşılayıblar.
Məktəblilər bildiriblər ki, tur-aksiya çərçivəsində Cənub bölgəsinin qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, Gənclər mərkəzi, Bayraq Meydanı, rəsm qalereyaları ilə yaxından tanış olublar. Şagirdlər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını, Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını, səfər zamanı bölgələr barədə zəngin məlumata yiyələndiklərini deyiblər.
Mərkəzi meydanda qaşılanan şagirdlər səfər zamanı əldə etdikləri zəngin təssüratları qarşılayanlarla bölüşüblər, xatirə olaraq şəkil çəkdiriblər.