Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Qacar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

21 noyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Böyük Qacar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Böyük Qacar kəndindinin də daxil olduğu Şirvanlı kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Böyük Qacar kəndində  kənd ümumi orta məktəbi üçün 96 şagird yerlik modul tipli bina tikilib istifadəyə verilib, Kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilmişdir, kəndin 1 km baş yolu qum çınqılla əsaslı təmir edilib, kəndin ərazisindən keçən 2 km açıq dren kanal lildən təmizlənmiş, kəndin ərazisində suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb, sakinlər ərazidə olan 1 ədəd  qaynama su ilə içməli su ilə təmin olunurlar . 2018-ci ildə 30 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 34 sentner məhsul götürməklə 102 ton pambıq istehsal edilmişdir. Cari  ildə 12 nəfər fermer 35 hektar sahədə pambıq əkilməsi üçün istehsal müəssisələri ilə müqavilə bağlamış, indiyədək hər hektardan 44 sentner olmaqla 154 ton pambıq istehsal edilmişdir. 2018-ci ildə 2 nəfər kümçü tərəfindən 4 qutu ipək qurdu saxlanmış, hər qutudan 45 kq olmaqla cəmi 180 kq barama istehsal edilmişdir. Cari ildə 2 nəfər kümçü tərəfindən 6 qutu ipək qurdu saxlanmış, hər qutudan 37 kq olmaqla cəmi 222 kq barama istehsal edilmişdir.
        Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Hidayət Qəhrəmonov kənddə suvarma üçün 1 ədəd subarteezian quyusunun qazılması və kəndin baş yolunun asfaltlaşdırılması, Murad Muradov  Pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Rafiq Şəfiyev Kəndin baş yolunun asfaltlaşdırılması və yoldakı körpünün yenidən tikilməsi, Elman Nərimanov kənddə içməli su üçün 1 ədəd artezian quyusu qazılması, Səttar Nəbiyev kənddə içməli su üçün 1 ədəd artezian quyusu qazılması, Bayram Cabbarov pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılması, Məlahət İsmayılova həyətyanı torpaq sahəsi verilməsi, Zahidə Vəliyeva kəndə sərnişin marşurutu açılması barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər