Şriftin ölçüsü :

Saytın rəngi :

Cumalar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

28 noyabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cumalar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Cumalar kəndindinin də daxil olduğu Mirzəxan-qaraqoyunlu kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Cumalar kəndinin 4 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndin məktəb elektrik xətti istisna olunmaqla digər xətləri kabelləşdirilib, kəndin ərazisində 2 km açıq dren kanal lildən təmizlənib,
kənd tam orta məktəbinin sinif otaqlarında və binanın fasdları cari təmir edilib, məktəbin ətrafına 48 metr dəmir tordan hasar tikilib. 2018-ci ildə 10 hektar pambıq əkilmiş, hər hektardan 33 sentner olmaqla 330 ton pambıq istehsal edilmişdir. Cari ildə kənddə 18,7 hektar sahədə pambıq əkilmiş, hər hektardan  30 sentner olmaqla 56 tonməhsul götürülüb. 2018-ci ildə kənddə 2 nəfər kümçü 3 qutu ipək qurdu saxlamış, hər qutudan 42 kq olmaqla 126 kq barama təhvil vermişdir. Kənddə 1500 ədəd köhnə çəkil ağacı var.Son illər kənddə 500 ədəd yerli çəkil tingi əkilmişdir. sakinkər mövcud 2 ədəd qaynama quyusu vasitəsilə içməli su ilə təmin olunurlar
        Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Məhyəddin Şahbazov məktəbin həyətindəki transformatorun təmiri, Müşviq Quliyev kənddə içməli su şəbəkəsinin tikilməsi, Sübhan Abbasov kəndin 2 km baş yolunun asfaltlaşdırılması, kənddəki 1 ədəd transformatorun təmir edilməsi və ya gücünün artırılması,Dilarə Fərzəliyeva həmkəndlisi tərəfindən həyətinə hasar çəkilməsinə icazə verilməməsi, Tovuz Cəfərova birinci qrup uşaqlıqdan əlil olan qardaşı baxıcı təyin olunması və ailəsinə ünvanlı sosial yardım təyin edilməsi,Bəsti Hacıyeva əmək haqqı kartından pulun çıxarılması ilə əlaqədar ona dəymiş ziyanın ödənilməsi, Nəriman Abbasov oğlunun Bərdə şəhərində tikdirdiyi evə qaz çəkilməsi, Zahid Abbasov kəndə molla təyin olunması, Məhəmməd İsayev kənddə aldığı evə qaz sayğacı qoyulması barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər