Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü Bərdədə dərin hüznlə qeyd edildi.

12 dekabr 2019 | 16:00
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.
Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın ümummilli lideri  Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı.       
       1993-cü ilin iyun ayında müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövləti və Azərbaycan xalqı özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük qurtuluş idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil Azərbaycan dövlətini labüd fəlakətdən qurtardı, onun qorunması, inkişafı və möhkəmləndirilməsini təmin etdi. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.
     Dekabrın 12-də Azərbaycanın dahi oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 16-cı ildönümü günü münasibəti ilə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev başda olmaqla YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və əməkdaşları, fəalları, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, rayon sakinləri, ağsaqqallar, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin nümayəndələri, ümummilli lider Heydər Əliyevlə görüşmüş rayon sakinləri-cəmi 5000 nəfər rayonun baş meydanında ucalan ümumilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini anmış, hörmət və ehtiramlarını bildirmişlər. 
       Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilmişdir. Tədbir iştirakçıları ümummilli lideir Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarxa tamaşa etmişlər.
Tədbirdə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair məruzə etmişdir.
Keçidlər