Bərdənin Hacıəhmədli kəndində təbii qaz verilişinin açılışı olmuşdur.
17 dekabr 2019 | 16:00
17 dekabr tarixində Bərdə rayonunun Hacıəhmədli kəndinə təbii qaz verlişinə həsr edilmiş açılış tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov, rayonun hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirmişdir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən ümummilli liderimiz Heydər Əliyevin təkamül strategiyasının müasir dövrün tələblərinə uyğun dönmədən inkişaf etdirilib həyata keçirilməsi Azərbaycanı dünyanın sivil dövlətləri sırasına çıxarmış, həyata keçirilən islahatlar ölkəmizin sürətlə inkişafına böyük təkan vermiş, qeyri neft sektorunun sürətlə inkişafını təmin etmişdir.
Hacıəhmədli kəndinin qazlaşdırılması üçün 11 km-dən çox magistral qaz xətləri çəkilmiş, 1 ədəd qaztənzimləyici şkaf, 13 ədəd siyirtmə və 62 ədəd sayğac quraşdırılmışdır. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün bütün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır. 62 ailəyə təbii qaz verilmişdir. Bütün sakinləri bu əlamətdar hadisə münasibətilə təbrik etmiş, Bütün bunlara görə rayon sakinləri Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevə minnətdardılar.
Tədbirdə Hacıəhmədli kənd sakinləri Qənimət Mehdiyev və Kifayət Talıbova çıxış edərək kəndlərinə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov çıxış edərək kənd sakinlərini və tədbir iştirakçılarını bu kəndə mavi yanacaq verilməsi münasibəti ilə təbrik etmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov, “Azərinşaat Servis” QSC-nin sədri Razi Səlimov kənd sakini K.Talıbova ilə birlikdə kəndlərə təbii qaz verilişinin rəmzi olan məşəli yandırmışlar.
Qaz çəkilişində iştirak etmiş fəhlələrə qiymətli hədiyyələr təqdim edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov, rayon rəhbərləri Hacıəhmədli kənd sakini Çərkəz Əzizovun evində təbii qazın alovlandırılmasında iştirak etmişlər.