Şriftin ölçüsü :

Saytın rəngi :

Piyadalar kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

13 dekabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
           Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Kətəlparaq kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Kətəlparaq  kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb. Kəndlərin elektrik şəbəkəsinin kabelləşdirilməsinə başlanıb,
Piyadalar kəndində son illər daxili yolları, baş yolu qum-çınqılla əsaslı təmir edilmiş,  Kətəlparaq-Piyadalar-Soğanverdilər-Əmirli yolu əsaslı təmir edilib, kənddə suvarma üçün 1 ədəd subartezian quyusu qazılıb, kəndin 0,5 km təsərrüfatdaxili suvarma arxları lildən təmizlənib.
2018-ci ildə kənddə 42,5 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 32 sentner olmaqla 136 ton pambıq təhvil verilmişdir. Cari ildə 48 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 41,2 sentner olmaqla 197,8 ton pambıq təhvil verilmişdir.
2020-ci ilin məhsulu üçün 35 hektar pambıq əkmək üçün 12 fermerlə müqavilə bağlanmış, 20 hektarda şumlanmışdır.
2018-ci ildə kənd üzrə 3 nəfər kümçü 5 qutu barama götürüb saxlamış, hər qutudan 47 kq olmaqla 235 kq barama istehsal etmişdir.
2018-ci ildə ərazidə 100 ədəd xaricdən gətirilmiş çəkil tingi əkilmişdir. Cari ildə 600 çəkil ağacı budanmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Kənd sakinləri Boran Bədəlov Kənd tam orta məktəbin əsaslı təmir olunması, Məmmədxan Süleymanov əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün bir ədəd subartezian quyusunun qazılması,  Vəsilə Bayramova kənddə içməli su üçün bir ədəd artezian quyusunun qazılması, fərdi yaşayış evinin dam örtüyünün təmir edilməsi, Maarif Əhmədov suvarma üçün bir ədəd subartezian quyusunun qazılması, Əfsanə Baxşəliyeva ailəsinə ünvanlı sosial yardım təyin edilməsi, uşağına əlillik alması,  Allahverən Muradov övladının körpələr evi-uşaq bağçasında işlə təmin olunması barədə müraciət etmişdir.  
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər