Şriftin ölçüsü :

Saytın rəngi :

Qaratəpə kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

26 dekabr 2019 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cumalar kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Qaratəpə kəndindinin də daxil olduğu Nazırlı kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Qaratəpə kəndinin 14 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Kəndi ərazisində 11 km açıq dren kanallar lildən təmizlənib, Kənddə  80 şagird yerlik modul tipli ümumi orta məktəb tikilib istifadəyə verilib, Kəndin içməli su şəbəkəsi tikilmiş, küçələrdə 19 bulaq tikilib. Pambıq qəbulu məntəqəsi tikilib, Sakinlər ərazidə olan 1 ədəd  qaynama və 2 ədəd subartezian quyusu vasitəsilə içməli su ilə təmin olunurlar.
        2018-ci ildə 450 hektar sahədə pambıq əkilmiş, hər hektardan orta hesabla 33 sentner məhsul götürməklə 1485 ton pambıq istehsal edilmiş, cari ildə 430 hektar sahədə pambıq əkilmiş orta hesabla hər hektardan 35 sentner olmaqla 1505 ton pambıq istehsal edilmişdir. .

       2018-ci ildə 1 nəfər kümçü tərəfindən 5 qutu ipək qurdu saxlanmış, hər qutudan 40 kq olmaqla cəmi 200 kq barama istehsal edilmiş,cari ildə 1 nəfər kümçü tərəfindən 5 qutu ipək qurdu saxlanmış, hər qutudan 40 kq olmaqla cəmi 200 kq barama istehsal edilmişdir.
     Kənddə  800 ədəd çəkil ağacı mövcuddur, indiyədək ərazidə 750 çəkil tingi, o cümlədən 500 ədəd Çin Xalq Respublikasından gətirilmiş çəkil tingi əkilməmişdir.
        Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Yelmar Ağalarov kənddə poçt və telefon olmaması, yay aylarında suvarma suyunun çatışmaması, məskunlaşdıqları binanın dam örtüyünün əsaslı təmiri,Həsən Nəbiyev Kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi , içməli suya sayğac quraşdırılması, Tahir Şahvələdov Kəndin “3 turbanın yanı” adlanan ərazisinin gölün suyundan ziyan çəkməsi,
Əli Məmmədov kəndin baş yolunun asfaltlaşdırılması və məskunlaşdıqları keçmiş barama qəbulu məntəqəsinə təbii qaz verilməsi
Feruz Həsənov kəndin “Qara qapı” adlanan ərazisinin gölün suyundan ziyan çəkməsi,Güləbətin Haqverdiyeva maddi yardım göstərilməsi, Həqiqət Babayeva təsərrüfat torpağının qazılması
Şərifova Tirmə əlillik dərəcəsi təyin edilməsi,Səlmi Səlimova  ailəsinə ÜSY təyin edilməsi,Elçin Zeynalov ailəsinə ÜSY təyin edilməsibarədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər