Rayon İcra hakimiyyəti və YAP Bərdə rayon təşkilatı tərəfindən Bərdədə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş möhtəşəm ümumrayon tədbiri keçirilmişdir.
20 yanvar 2020 | 16:00

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev nitq söyləmiş, dövlət müstəqilliyimizin əldə edilməsində 20 yanvar şəhidlərinin yeri və rolundan, ulu öndər Heydər Əliyevin 20 yanvar faciəsinin və bu faciəni törədən cinayətkarların dünyada tanıdılması ilə bağlı atdığı addımlardan, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, şəhid ailələrinə göstəilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, bu faciə həm də xalqın şərəf tarixidir.
Sonda Bərdə şəhər 5 saylı tam orta məktəbin şagirdləri 20 yanvar faciəsinə həsr edilmiş səhnələşdirilmiş kompozisiya göstərmişlər.
Yanvar faciəsi ilə əlaqədar saat 12 00-da rayon əraziisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca isə avtomobillər vasitəsilə səs siqnalları verilmişdir.