Şriftin ölçüsü :

Saytın rəngi :

Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbənin 68-ci ildönümünə həsr edilmiş tədbir

10 may 2013 | 15:00

 

        Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında Böyük Vətən Müharibəsində alman faşizmi üzərində qələbənin 68-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
        Tədbirdən öncə Böyük Vətən Müharibəsi iştirakçıları ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış heykəli önünə tər gül-çuçək dəstələri qoymuşlar.
        Tədbirdə rayon icra Hakimiyyəti başçısının məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Bərdə rayonundan olan Böyük Vətən Müharibəsi iştirakçıları, vəfat etmiş müharibə veteranlarının həyat yoldaşları, arxa cəbhə iştirakçıları iştirak etmişlər. 
        Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev açmış, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin rəisi, polkovnik-leytenant cənab Valeh Nəcəfov məruzə etmiş, Bərdə rayon Böyük Vətən Müharibəsi iştirakçıları Veteranları Şurasının sədri  Oqtay Həşimov, müharibə veteranları Vəli Həsənov,Yusif Əzimov,Əsgər Abbasov çıxış etmişlər.                                         Tədbirdə Böyük Vətən müharibəsi iştirakçılarına,vəfat etmiş müharibə veteranlarının həyat yoldaşlarına və arxa cəbhə iştirakşılarına pul mükafatı verilmişdir.

 

Keçidlər