Cicimli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
23 yanvar 2020 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Cicimli və Qayalı kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Cicimli və Qayalı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Cicimli və Qayalı kəndlərinin daxil olduğu Mehdixanlı kənd inzibati ərazi dairəsinin əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
Son illər Cicimli kəndində kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, Cicimli kəndində 6 m hündürlükdə 4 tonluq su çəni quraşdırılmış,1300 m su xəttiçəkilmiş, məktəbin həyətində, küçələrdə və qəbirstanlıqda 5 bulaq, məktəbdə 4 sanitar qovşaq tikilmişdir, kəndin elektrik şəbəkəsinin 30 faizi kabelləşdirilib, Kənddə 160 kv-luq 1 ədəd tarnsformator quraşdırılıb, kəndin yolu tam yenidən qurulub və asfaltlaşdırılb.
Cicimli kəndində 2018-ci ildə kənddə 16 hektar sahədə pambıq əkilmiş, hər hektardan 30 sentner olmaqla 48 ton pambıq istehsal edilmişdir . 2019-cu ildə kənddə 23 hektar sahədə pambıq əkilmiş, hər hektardan 34 sentner olmaqla 78 ton pambıq istehsal edilmişdir. 2018-ci ildə kənddə 5 nəfər kümçü 12 qutu barama saxlamış, hər qutudan 56 kq olmaqla 672 kq barama istehsal etmişlər. 2019-cu ildə kənddə 6 nəfər kümçü 17 qutu barama saxlamış, hər qutudan 32 kq olmaqla 544 kq barama istehsal etmişlər. Kənddə 1600 ədəd çəkil ağacı mövcuddur, 2020-ci ildə kənddə 300 ədəd yerli çəkil tingi əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Möhübbət Alıyev Kənddə içməli su üçün bir ədəd artezian quyusunun qazılması,Həmid Abdullayev Kənd tam orta məktəbi üçün yeni bina tikilməsi, Saday İsmayılov kəndin ərazisindən keçən açıq dren kanalın lildən təmizlənməsi, Hüseyn Əliyev kənd yoluna trampilin qoyulması,Təranə Nərimanova 2018-ci ildə evində olmuş oğurluğun tapılması,Pərvanə Əliyeva evinin qaz xəttinin yenilənməsi, Səmaya Babayeva ixtisara düşdüyü mədəniyyət şöbəsində işinə bərpa edilməsi, Vüsalə Qasımova müalicəsinə köməklik göstərilməsi, Azər Məmmədov qonşusu tərəfindən həyət yolunun daraldılması barədə xahiş etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.