Şriftin ölçüsü :

Saytın rəngi :

Alaçadırlı kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

30 yanvar 2020 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Alaçadırlı kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Alaçadırlı  kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.  Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Alaçadırlı  kəndinin də daxil olduğu Kələntərli  kənd    inzibati ərazi dairəsinin  əhatə etdiyi bütün kəndlər qazlaşdırılıb.
       Son illər Alaçadırlı   kəndində kəndin elektrik xətləri kabelləşdirilib və abonentlərə SMART tipli sayğac quraşdırılmış, kəndin içməli su çəbəkəsi tikilmiş, hər bir evə içməli su çəkilmiş, kənddə 164 nömrə tutumlu Elektron ATS quraşdırılmış, 120 evə  telefon rabitəsi verilmiş, 3 ədəd subartezyan quyusunun dərinlik nasosu təmir olunmuş, kəndi rayon mərkəzi ilə birləşdirən yol tikilmiş, kənd daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kənd daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kənd ərazisində 10 kv-luq 1 ədəd dəmir-beton dayaq əkilmiş, kəndə sərnişin avtobusu marşurutu açılmış, kəndin ərazisində olan 2 km açıq dren kanalı lildən təmizlənmmişdir.
      Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Nazim Hüseynov kənddə məktəb açılması və bina  tikilməsi, Rasim Əmirov içməli su üçün bir ədəd artezian quyusunun qazılması,  Qurban Qurbanov  “Tarla yeri” adlanan ərazidə suvarma üçün bir ədəd subartezian quyusunun qazılması,Gülyanaq Məmmədova uşaq bağçası açılmasıVahid Əliyev içməli su şəbəkəsinin qurulması və ya bərpa olunması,  Elnur Məmmədov qurunt sularının evini basması, Solmaz Mehdiyeva dağılmış su borusunun bərpası, Qismət Quliyev SMU-32 adlanan əraziyə yolun təmir edilməsi, Eldəniz Kərimov kəndin örüş sahəsindən 8 sot torpaq verilməsi,  Yasəmən Allahverdiyeva kəndin sərnişin avtobusu marşrutunun təzə bazar adlanan yerədək uzadılması, Şükür Əliyev artezian nasosunun daha güclü nasosla  əvəz olunması- 63-lük, Nurəddin Aslanov həyətindəki 10 kvluq elektrik dirəyin yerinin dəyişidirlməsi barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər