Məmmədli kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.
12 fevral 2020 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Məmmədli kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə, Azərbaycan Respublikasınının Prezidentinin sədrliyi ilə 3 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfrans barədə məlumat verdi, 2019-cu ildə ölkəmizin sosial-iqtisadi inkişafının uğurla davam etdiyini, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin uğurla icra edildiyini, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, ölkəmizdə bələdiyyə seçkilərinin və Milli Məclisə seçkilərin tam şəffaf şəkildə həyata keçirildiyindən, rayonda və Məmmədli kəndində görülən tikinti-abadlıq işlərdən, sakinlərinin məşğulluğundan, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, rayona göstərilən diqqət və qayğıya görə bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.
Son illər Məmmədli kəndi qazlaşdırılmış, kəndin 6,5 km kənddaxili yolları qum-çınqılla əsaslı təmir edilib, kənddə 4 su çəni quraşdırılmış, 20 km su xətləri çəkilmiş, küçələrdə 8 bulaq tikilmiş, hər bir həyətə içməli su verilmiş, bələdiyyənin gücü ilə 2 km kənddaxili yollar qum-çınqılla cari təmir edilmiş, kəndin ərazisindən keçən açıq dren-kanalın 4 km hissəsi lildən təmizlənmiş, kəndin baş yolunun kənarlarında 1200 ədəd ağac əkilib becərilmiş, pay torpaqlarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Kür çayının üzərində 1 ədəd elektrik üzən su nasosu quraşdırılmış və diametri 1000 mm olan 5,5 km su xəttinin çəkilmişdir.
Məmmədli kəndində 2018-ci ildə 450 hektar sahədə pambıq becərilmiş, hər hektardan 22 sentner olmaqla 990 ton pambıq istehsal edilmişdir. 2019-cu ildə ərazidə 550 hektar sahədə pambıq əkilmiş, hər hektardan 26 sentner olmaqla 1430 ton pambıq istehsal edilmişdir. Cari ildə ərazidə 614 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuş, indiyədək 650 hektar sahədə pambıq əkilməsi üçün fermerlərlə müqavilə bağlanmış, bütün sahələr şunlanmış və hazırda qış aratı aparılır. 2018-ci ildə 2 küçmü 2 qutu barama götürüb saxlamış, hər qutudan 50 kq olmaqla 100 kq barama istehsal edilmişdir. 2019-cu ildə kənddə 4 kümçü 5 qutu barama saxlamış, hər qutudan 61kq olmaqla 305 kq barama istehsal edilmişdir. Son illər inzibati ərazi dairəsində 1000 ədəd xaricdən gətirilmiş ting əkilmişdir.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Cəmilə Hüseynova Məmmədli-Nazırlı kəndlərarası 5 km yolun, kənd tam orta məktəbinin əsaslı təmiri, kəndə sürətli internet verilməsi, Nəbiyev Sərdar Əli oğlu kəndin ərazisindəki açıq dren kanalların lildən təmizlənməsi, Qasım Qasımov Kəndin ərazisindəki torpaq kanalların betonla tikilməsi, Sabir Qasımov evinin yanındakı qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Aygül Cavadova həyətindəki qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz edilməsi, Ayyət Ələsgərov meşə ərazisindən örüş yeri kimi istifadə edilməsinə icazə verilməsi, Pakizə Əkbərova oğlunun ixtisasına uyğun işlə təmin edilməsi, Suqra Cəfərova xəstə dayısı qızına əlillik dərəcəsi verilməsi və ailəyə ÜSY təyin edilməsibarədə xahiş etmişlər.
Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.