Şriftin ölçüsü :

Saytın rəngi :

Şahvəlilər kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul – görüşü olmuşdur.

20 fevral 2020 | 16:00
Qəbulda rayon icra hakimiyyətinin,  hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, Şahvəlilər kənd sakinləri iştirak etmişlər.
         Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış  edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə, Azərbaycan Respublikasınının Prezidentinin sədrliyi ilə 3 fevral 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfrans barədə məlumat verdi, 2019-cu ildə ölkəmizin sosial-iqtisadi inkişafının uğurla davam etdiyini, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin uğurla icra edildiyini, respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın  rifah halının yaxşılaşmasına təsirindən, ölkəmizdə bələdiyyə seçkilərinin və Milli Məclisə seçkilərin tam şəffaf şəkildə həyata keçirildiyindən, rayonda və  Şahvəlilər kəndində görülən tikinti-abadlıq işlərdən, sakinlərinin məşğulluğundan, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, rayona göstərilən diqqət və qayğıya görə bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir.
       Son illər Şahvəlilər  kəndi qazlaşdırılmış, kənd tam orta məktəbi üçün yeni bina tikilib, suvarma üçün 4 ədəd subartezian quyusu qazılıb, Kəndin ərazisindən keçən avtomobil yolunun kənarları abadlaşdırılıb, ərazidə 1600 ədəd ağac əkilib, kəndin 2 daxili yolları bələdiyyə tərəfindən qum-çınqılla cari təmir edilib, elektrik xətlərinin 70 faizi kabelləşdirilib, Qarabağ müharibəsi əlili Əzizov Seymur Əhəd oğluna fərdi yaşayış evi tikilib, hazırda kənddə Mobil telefonu üçün “Azərsel” tərəfindən qüllə tikintisi başa çatmaq üzrədir.     
      Şahvəlilər kəndində 2019-cu il ərazidə 117 hektar pambıq əkilmiş, hər hektardan 26 sentner olmaqla 304 ton məhsul istehsal edilmişdir. Cari il üçün ərazidə 80 hektar pambıq əkilməsi nəzərdə tutulub, indiyədək 68 hektar sahədə pambıq əkilməsi barədə istehsal müəssisələri ilə müqavilə bağlanmış, ərazilər şumlanmış və arat aparılır. 2018-ci ildə 5 kümçü 13 qutu ipək qurdu saxlamış, hər qutudan 50 kq olmaqla 650 kq barama təhvil verilmiş, 2019-cu ildə 7 kümçü 20 qutu ipək qurdu saxlamış, hər qutudan 51,8 kq olmaqla 1036 kq barama təhvil verilmişdir.Kənddə 2000 ədəd çəkil ağacı mövcuddur. Son illər kənddə 2000 ədəd, o cümlədən 1000 ədəd Çindən gətirilmiş çəkil tingi əkilmişdir.
      Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Şöhləddin Əliyev həyətinin suvarılması üçün olan subartezian quyusunun təmir etdirilməsi,
Əşrəf Süleymanov kəndin ekerktrik şəbəkəsinin yenidən qurulması,
Musa Nəsirov suvarma üçün bir ədəd subartezian quyusunun qazılması,
Vəzir Sarıyev pambığın suvarılması üçün suyun çatışmaması,
İsmayıl Nəsirov kəndin daxili yolarının təmir edilməsi və içməli su üçün 1 ədəd artezian quyusunun qazılması, Zəminə Əhmədova maddi yardım göstərilməsi,Bəhruz Məmmədov
pay torpağının həmkəndlisi tətəfindən zəbt edilməsi,Seymur Əzizov dövlət tərəfindən tikilmiş evinə elektrik, qaz və su çəkilməsi,Qiyas Şahverdiyev kəndin daxil yollarının qum-çınqılla təmir edilməsi, Şirin İsmayılov meşənin üstündə pay torpaqlarının suvarılması üçün bir ədəd subartezian quyusunun qazlması, birdəfəlik maddi yardım göstərilməsi,Əli Zamanov
evinin yanında olan qəzalı vəziyyətdə olan bir ədəd elektrik dirəyinin yenisi ilə əvəz edilməsi barədə xahiş etmişlər.
      Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmişdir, müvafiq izahatlar verilmişdir. Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər