25 fevral 2020-ci il tarixdə Bərdə rayonun 2019-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
25 fevral 2020 | 16:00
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri - cəmi 265 nəfər iştirak etmişdir.
Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev iştirak etmişdir.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının Prezuidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə 2019-cu ilin respublikamız üçün uğurlu olduğu kimi rayonumuz üçün də uğurlu olduğunu bildirmişdir.
2019-cu il ərzində rayon üzrə 462,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 18,6 milyon manatlıq sənaye, 266,5 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 17,1 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüş, 7,4 milyon manatlıq nəqliyyat xidməti, 1,5 milyon manatlıq informasiya və rabitə, 151,5 milyon manatlıq ticarət xidmətləri göstərilmişdir.
2018-ci ilə nisbətən 2019-cu ildə 12,2 faiz çox sənaye, 13 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 5,6 faiz çox nəqliyyat xidməti, 9 faiz çox informasiya və rabitə xidməti, 3,9 faiz çox ticarət xidməti göstərilmişdir.
İl ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 109,1 faiz, xərcləri proqnozuna 90,2 faiz əməl edilmişdir. Əlavə dəyər vergisi (85,1 %) və torpaq vergisi (72 %) və qarşılıqlı hesablaşma (95,8 %) istisna olmaqla bütün digər göstəricilər üzrə gəlirlər proqnozlarına tam əməl edilmişdir.
2019-cu ildə rayonumuz sürətlə inkişaf etmiş, Azərbaycan Respublikasının Prezidentinin 23 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunmuş, bir sıra infrastruktur layihələri həyata keçirilmişdir.
İl ərzində İmamqulubəyli kəndində 20 şagird yerlik, Nəcəfqulubəyli kəndində 56 şagird yerlik ibtidai, Böyük Qacar kəndində 96 şagird yerlik və Təhlə kəndində 80 şagird yerlik ümumi, Ərəblər və İkinci Nazırlı kəndlərində 96 şagird yerlik modul tipli məktəblər tikilmiş, “Azərxalça” ASC-nin “Regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi”, Bərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmiş, dünya standartlarına cavab verən Peşə liseyi mərkəzinin, Heydər Əliyv Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 624 şagird yerlik şəhər 4 saylı tam orta məktbin tikintisinə başlanmış, 1150 şagird yerlik şəhər 2 saylı tam orta məktəbinin tikintisi davam etdirilmişdir.
Rayonun Qaratəpə kəndində tutumu 5 min ton olan yeni pambıq qəbulu məntəqəsi tikilib istifadəyə verilmiş, Samux kəndi ərazisində yaş baramanın qurudulması məntəqəsinin tikintisi başa çatmaq üzrədir, Məmmədli kəndi ərazisində əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayı üzərində üzən nasos stansiyası qurulmuş, 5,1 km təzyiqli su xətti çəkilmiş, stansiya istismara verilmək ərafəsindədir.
İl ərzində rayon mərkəzində 3 yerdə işıqfor quraşdırılmış, Ü.Hacıbəyov, Sənaye, S.Vurğun, Koroğlu, S.Zöhrabbəyov küçələri yenidən qurulmuşdur
Magistral avtomobil yollarının 8245 kv. metr dağlımış asfalt-beton örtüyü təmir edilmiş, 26240 kv. metr təhlükəsizlik xətləri, bardyor və piyada keçidləri rənglənmiş, 272 ədəd siqnal dirəyi əkilmişdir.
Yerli əhəmiyyətli yollar 14771 kv. metr asfalt-betonla təmir edilmiş, 2313 kv. metr təhlükəsizlik xətləri, bardyor və piyada keçidləri rənglənmiş, 200 ədəd siqnal dirəyi əkilmiş, 174272 kv. metr sahə çınqıl örtüklə təmir edilmişdir.
Rayonun 7 inzibati ərazi dairəsində 23,2 km kəndlərarası və kənd yolları asfaltlaşdırılmış, (8 km uzunluqda Lənbəran-Təhlə avtomobil yolu, 2 km uzunluqda Saatlı kənd yolu, 1, 7 km uzunluqda Mirasəfli kənd yolu, 2 km uzunluqda İkinci Qaradəmirçi kənd yolu, Zümürxan-İmamqulubəyli-Çəmənli avtomobil yolunun 2 km uzunluqda hissəsi, Qarağacı-Mollagülər avtomobil yolunun 1,5 km hissəsi, 5 km uzunluqda Mollalı kənd yolu), 8 inzibati ərazi dairəsinin 24,8 km uzunluqda kəndlərarası və kənd yolları qum-çınqıl verilərək asfalt-betonla tikilmək üçün hazırlanmışdır (4,5 km uzunluqda Qarağacı-Mollagüllər avtomobil yolu, 3 km uzunluqda Şatırlı-Hacılı yolu, 3 km uzunluqda Bala Qacar-Qullar yolu, 4 km uzunluqda Kətəlparaq-Piyadalar yolu, 2 km uzunluqda Bəcirəvan kənd yolu, 1 km uzunluqda Qayalı kənd yolu, 3 km uzunluqda Bala Göyüşlü-Böyük Göyüşlü yolu, 2,3 km uzunluqda Zümürxan-İmamqulubəyli-Çəmənli yolu).
Əhalinin və iqtisadiyyatın fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi üçün 35/10 kv-luq M.Ağalı yarımstansiyasında 10 kv-luq 4 saylı hava xəttinin qüsurlu xətt və şin ayrıcları yenisi ilə əvəz edilmiş, 35 kv-luq 6 ədəd 0,4 kv-luq hava xətində 245 ədəd ağac dayaq metal dayaqla, 10 kv-luq hava xətlərində 74 ədəd dayaq dəmir-beton dayaqla əvəz edilmiş, 4,5 km AS-50 markalı xətt çəkilmiş, 365 ədəd qüsurlu izalyator və 63 ədəd qüsurlu traves yenisi ilə əvəz edilmiş, 42,5 km SİP kabellə çəkilmiş, yeni yaşayış massivlərində 450 ədəd 0,4 kv-luq metal dayaq, 15,2 km 4x35 markalı SİP kabel, 1,2 km 4x16 markalı kabel çəkilmişdir. Əhali və iqtisadiyyat fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilmiş, istehlak olunmuş enerjinin haqqı 97,8 faiz ödənilmişdir.
Rayonda qazlaşdırma işləri də davam etdirilmiş, 8,4 km müxtəlif diametrli qaz xətləri çəkilərək Hacıəhmədli kəndi qazlaşdırılmış, kənddə 64 ailəyə təbii qaz verilmiş, hazırda Məşədiibişli kəndinin qazlaşdırılmasına başlanmış və yaxın vaxtlarda kəndə təbii qaz veriləcəkdir.
Rayonda 446 abonentə fərdi qaydada qaz çəkilmiş, şəbəkədə 7700 p/metr müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 1797 ədəd diametrii 15 və 20 mm olan krantlar, 559 ədəd FQT, 89 ədəd ŞQTM və 34 ədəd siyirtmə və rəzələr quraşdırılmışdır. İstehlak edilmiş qazın dəyəri 103,4 faiz, o cümlədən əhali üzrə 104 faiz, qeyri əhali üzrə 100 faiz ödənilmiş, şəbəkədə itkilər 7 faiz təşkil etmişdir.
2019-cu ildə əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmiş, Soğanverdilər kəndində içməli su üçün 1 ədəd artezian quyusu qazılmış, Nazırlı, Qazaxlar, Mehdili və Piyadalar kəndlərində içməli su üçün 4 ədəd subartezian quyusunun qazlıması və su şəbəkəsinin tikilməsi üçün layihə-smeta sənədləri hazırlanmışdır.
Rayon mərkəzində 5 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz edilmiş, 42 ədəd subartezian quyusunun avadanlıqları əsaslı təmir edilmiş, 231 abonentə su sayğacı quraşdırılmışdır. Rayon mərkəzində diametri 25 mm olan 574 p/metr, diametri 50 mm olan 90 p/metr içməli su xətləri, diametri 200 mm olan 90 p/metr kanalizasiya xətti çəkilmişdir.
Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün 39,7 km optik kabel çəkilmiş, 145 yeni ağac dirək basdırılmış və 137 ədəd dəmir dirək texniki normaya gətirilmiş,14 kənddə rabitə xətləri yenidən qurulma işləri aparılmış və 14,2 km hava xətləri əsaslı təmir edilmiş, 6 quyu tikilmiş və 14 quyu əsaslı təmir edilmiş, 181 yeni abunə qutusu quraşdırılmış, 688 portluq DSLAM avadanlıqları quraşdırılmış, 606 ədəd telefon çəkilmiş, 1200 abonentə internet verilmişdir.
Çoxmərtəbəli yaşayış binalarının təmiri işləri də davam etdirilmiş, H.Əliyev prospektində 5 və 112a nömrəli, Ü.Hacıbəyov küçəsində 1, 4, 43 və 47 nömrəli 5 mərtəbəli, S.Vurğun küçəsində 4, 5 və 18 nömrəli, H.Əliyev prospektində 1, 2, 5, 12 və 149 saylı 2 mərtəbəli kommunal binalarda cari təmir işləri aparılmışdır. R.Axundov küçəsində 10, C.Məmmədquluzadə küçəsidə 30 nömrəli kommunal binaların 1740 kv. metr dam örtükləri yenisi ilə əvəz edilmişdir. Ümumi sahəsi 5860 kv metr olan 8 binanın sığınacaqları tullantılardan təmizlənmişdir.
Hazırda rayonda “DOST” iş mərkəzinin inzibati binasının, Azərxalça ASC-nin xalça emalı müəssisəsinin, qarğıdalı toxumu istehsalı müəssisəsinin, Bərdə şəhər 3 saylı və Qaradəmirçi kənd tam orta məktəblərin tikintisi üçün tədbirlər görülməkdə, 2000 hektar ərazidə pambıqçılıq üzrə aqroparkın yaradılması, 1500 hektar ərazidə şəkər çuğunduru, qarğıdalı, soya, arpa əkilməsi və müvafiq infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.
Dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 18,5 min nəfər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2019-cu il ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 6,3 faiz artmışdır.
İl ərzində 213 nəfər özünəməşğulluq proqramına cəlb edilmişdir.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredi təşkilatları tərəfindən 2019-cu il ərzində 214 sahibkara 3 milyon 65,2 min manat güzəştli kredit verilərək 239 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 2092-si daimi olmaqla 7408 yeni iş yerləri açılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə prioritet istiqamətlərdə tədbirlər davam etdirilmişdir.
Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün suvarma kanallları 1123 min kub metr, açıq dren kanallar 645,5 min kub metr lildən təmizlənmiş, 306,6 min kub metr torpaq işi görülmüş, Tərtər çayının yatağında 80 min kub metr tənzimlənmə işləri aparılmış, 0,3 km masos stansiyalarının novları, 1,9 km beton kanallar, 10 ədəd subartezian quyusu, 23 ədəd borulu keçid əsaslı, 204 ədəd hidrotexniki qurğular, 42 ədəd hidropost, 11 km beton kanal, 7 ədəd nasos stansiyası, 680 ədəd subartezian quyusu cari təmir edilib, 91 ədəd subartezian quyusunun kommunikasiya xətləri çəkilmiş, 101 ədəd subartezian quyusunda sazlama işləri aparılmış, açıq dren kanalların kənarlarında 1 hektar sahədə meşə zolağı salınmışdır.
Bunlarla yanaşı Məmmədli kəndi ərazisində əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Kür çayı üzərində üzən nasos stansiyası qurulmuş, 5,1 km təzyiqli su xətti çəkilmiş, transformator yarımstansiyası inşa edilmiş və elektrik xətti çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı əsasında 18 ədəd subartezian quyusu qazılmışdır (Xanxanımlı kəndində 1 ədəd, Şirvanlı kəndində 2 ədəd, Soğanverdilər kəndində 1 ədəd, Lək kəndində 2 ədəd, Əmirli kəndində 1 ədəd, Xanərəb kəndində 1 ədəd, Mirzalıbəyli kəndində 2 ədəd, Kürdborakı kəndində 1 ədəd, Qaradağlı kəndində 1 ədəd, İkinci Hacallı kəndində 2 ədəd, Şərəfli kəndində 1 ədəd, Piyadalar kəndində 1 ədəd, Qurdlar kəndində 1 ədəd, Yeni Daşkənd kəndində 1 ədəd).
İl ərzində dənli və dənli paxlalı bitkilər əkilmiş 11642 hektar sahədən 50170 ton taxıl məhsulu götürülmüş, hər hektardan orta hesabla 43,1 sentner olmuşdur. Dən üçün qarğıdalı əkilmiş 119 hektardan 892,3 ton məhsul toplanmış, hər hektarın orta məhsuldarlığı 75,0 sentner olmuşdur. Qarğıdalı dəni də nəzərə alınmaqla taxıl istehsalının ümumi həcmi 51062,3 ton olmuş, orta hesabla hər hektardan 43,4 sentner məhsul götürülmüşdür.
İstehsal olunmuş taxıl məhsulunun 78,4 faizini (40052,0 ton) buğda, 19,8 faizini (10118,0 ton) arpa, 1,8 faizini (841,0 ton) qarğıdalı təşkil etmişdir.
2019-cu ildə 1490,5 ton kartof, 137745,0 ton tərəvəz (təkrar əkinlərdən götürülən məhsul da daxil olmaqla), 28709 ton bostan məhsulları toplanmış, 597,7 ton dən üçün günəbaxan istehsal edilmişdir.
2019-cu ildə 34190,5 ton pambıq tədarük müəssisələrinə təhvil verilmiş, orta hesabla hər hektardan əldə edilmiş məhsul 33,7 sentner təşkil etmişdir. 2018-ci ilə nisbətən 2019-cu ildə pambıq əkini sahəsi 5,3 faiz artaraq 10140 hektara, pambıq istehsalı 34,7 faiz artaraq 34,2 min tona çatmışdır.
Cari ildə də pambıqçılığın inkişafı üçün ardıcıl tədbirlər görülmüş, indiyədək 9761 hektarda pambıq əkilməsi üçün 1860 fermerlə istehsal müəssisələri müqavilə bağlamış, pambıq əkiləcək bütün sahələr şumlanmış və arat aparılmışdır.
İl ərzində 6391 baş iri buynuzlu heyvan süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 4397 baş sağlam bala alınmışdır.
2019-cu ildə quş əti də daxil olmaqla diri çəkidə 22560,1 ton ət, 82617,5 ton süd, 33,1 milyon ədəd yumurta istehsal edilmişdir. Ət istehsalı 2018-ci illə müqayisədə 4,0 faiz, süd istehsalı 0,7 faiz, yumurta istehsalı 3,4 faiz artmışdır.
2020-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 95607 baş iri buynuzlu mal-qara, o cümlədən 42003 baş inək və camış, 141849 baş qoyun və keçi, 433000 baş quşlar mövcud olmuşdur. Qaramal naxrının 43,9 faizini inək və camışlar təşkil edir.
İl ərzində rayonda 82625 ədəd, o cümlədən xaricdən gətirilmiş 35 min ədəd ting əkilmişdir.
Rayona 2018-ci ildəkindən təqribən 2 dəfə çox - 1000 qutu ipək qurdu gətirilərək 330 kümçüyə çatdırılmışdır. 36,6 ton və ya 2018-ci ildəkindən 49,4 faiz çox barama istehsal edilmişdir.
“Əmək pensiyalarının baza hissəsinin və Dövlət qulluqçularının pensiyalarının artırılması və sığorta hissəsinin indeksləşdirilməsi haqqında”
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası vaxtında təmin edilmiş, il ərzində 19389 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara çatdırılmışdır.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə 14911 nəfəriin müavinət və təqaüdü 15 milyon 544,3 min manat, 27 fevral tarixli Sərəncamı ilə 12924 nəfərin əmək pensiyası 382,4 min manat artmışdır.
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 fevral 2019-cu il tarixli Sərəncamı ilə rayonda müvəqqəti məskunlaşmış 25000 nəfərin müavinəti 500 min manat artmışdır.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə təkcə Bərdə rayonunda 60 min nəfərdən çox əhali göstərilən Sərəncamlardan bəhrələnmış, həyat səviyyəsi yüksəlmişdir.
İlin sonuna rayonda 1 nəfərə 48,5 manat olmaqla 6711 nəfərdən ibarət 1629 aztəminatlı ailəyə ünvanlı sosial yardım verilir.
2019-cu ildə 20 nəfər Qarabağ müharibəsi əlili ailəsinə fərdi yaşayış evləri tikilmiş, 2020-ci ildə bu müqabildən olan daha 25 ailəyə ev tikilməsi üçün layihələndirmə işləri aparılmış və bu yaxınlarda işə başlanacaqdır.
2019-cu ildə 2476 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 1333 nəfər işaxtaran, müraciət edənlərin 53,8 faizi münasib işlə təmin (336 nəfər qadın, 337 nəfər gənc, 157 nəfər məcburi köçkün, 7 nəfər əlil) olunmuşdur. Müraciət edənlərdən 9 nəfərə işsiz statusu verilərək sığorta ödənişi təyin edilmiş, 16 nəfər peşə hazırlığına cəlb edilmiş, sosial müdafiəyə daha çox ehtiyacı olan və iş tapmaqda çətinlik çəkən 2 nəfər müəssisələrdə yaradılmış kvota yerinə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 07 aprel 2016-cı il tarixli sərəncamı əsasında il ərzində 213 nəfər özünəməşğulluq proqramına cəlb edilmişdir.
Özünəməşğulluq proqramı çərçivəsində 176 nəfərə 296 baş inək və 595 baş xırda buynuzlu heyvanlar verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı ilə 2019-cu ildə “DOST” iş mərkəzi tərəfindən 569 nəfər haqqı ödənilən ictimai işlərə göndərilmiş, “Sokar” şirkətində 124, Ağdam qaz ixracı idarəsində 5, Azərenerji ASC-də 8 və Azərişıq ASC-də 50, Nəqliyyat müəssisəsində 1 nəfər işlə təmin olunmuşlar.
“Əhalinin sosial cəhətdən həssas qrupları üçün inkuliziv və layiqli iş yerlərinin yaradılmasına texniki yardım layihəsi” üzrə 121 nəfər əlilin sənədləri hazırlanaraq Dövlət Məşğulluq Xidmətinə təqdim edilmişdir.
İl ərzində sığorta sahəsində işlər davam etdirilmiş, 120,2 min manat sığortalama işləri aparılmış, proqnoza 66,8 faiz əməl edilmişdir
Rayon mərkəzində 65 küçə və meydanların 371 min kv. metr sahəsi müntəzəm süpürülür, küçə və meydanlar 109,5 min kub metrdən çox məişət tullantılarından və 31,1 min tondan çox çirkab sularından təmizlənmişdir. Mərkəzi zibilxanada məişət tullantılarının işlənilməsi davam etdirilmişdir.
Kommunal binalrın 49,2 min kv. metr ərazilərin süpürülməsi, 22,8 min kub metr məişət tullantılarının, 9240 kub metr çirkab sularının daşınması təmin edilmişdir.
Mənzil Təmir İstismar sahəsi üzrə gəlir proqnozuna 98,6 faiz əməl edilmişdir.
Hesabat dövründə rayonda təhsilin infrastrukturunun inkişaf etdirilməsi və məzmununun yeniləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində işlər davam etdirilmişdir. Məktəblərdə psixoloji xidmət işinin gücləndirilməsi, müəllim və va valideyinlərlə birlikdə təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərinin, meyl və maraqlarının öyrənilməsi, təlim-tərbiyəsində və sosiallaşdırılmasında yaranan çətinliklərin səbəblərinin müəyyənləşdirilməsi üçün tədbirlər görülmüşdür.
Məzunların 810 nəfəri və ya 70 faizindən çoxu ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdir. Sənəd verənlərin 608 nəfəri və ya 75 faizdən çoxu keçid balını toplamışlar. 571 nəfər ali məktəblərə qəbul olmuş, onlardan 115 nəfəri 500-dən yuxarı, o cümlədən 81 nəfər 600-dən yuxarı bal toplamışlar. 2020-ci ildə respublika fənn olimpiadasının rayon mərhələsində 483 nəfər şagirdimiz iştirak etmişdir.
Azərbaycan Respublikasının Sərəncamı ilə şəhər 8 saylı tam orta məktəbin çoğrafiya müəllimi Məmmədova Sevinc Muxtar qızı ”Əməkdar müəllim” adına layiq görülüb, şəhər 5 saylı tam orta məktəbin biologiya müəllimi Həsənova Şahirə Elbrus qızı “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 3 ay ərzində əhalimiz tibbi müayinəsinin keçirilmiş, 516 nəfər ambulator, 180 nəfər stasionar müalicəyə cəlb edilmiş, 139 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilmişdir.
İl ərzində səhiyyə müəssisələri tərəfindən 434 nəfər diabetli, 181 nəfər yeni törəməli, 10 nəfər böyrək çatışmazlığı, 113 nəfər vərəmli xəstə aşkar edilmişdir.
2019-cu ildə 2132 nəfər hamilə qadın tibbi nəzarətə götürülmüş, 3232 diri uşaq doğulmuşdur.
Rayonda 3088 cərrahi əməliyyatı, o cümlədən 2621 təxirəsalınmaz cərrahi əməliyyat aparılmışdır.
İl ərzində xəstəliklərin aşkarlanması üçün tibb müəsisələri tərəfindən 5790 nəfərdən qalın qan nümunələri götürülərək tədqiqat üçün göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında il ərzində nigaha daxil olmaq istəyən 379 nəfər tibbi müayinədən keçirilmişdir.
Rayonda İcbari Tibbi Sığortaya keçid üçün hazırlıq tədbirlərinə başlanmış, əhali arasında maarifləndirmə işləri aparılır, mərkəzi xəstəxanada struktur dəyişiklikləri aparılmış, təkliflər zərfi hazırlanmışdır.
İl ərzində mədəniyyət müəssisələrində 4461, o cümlədən Mədəniyyət mərkəzində 37, mədəniyyət evlərində və klublarda 2359, kitabxanalarda 1672, musiqi və incəsənət məktəblərində 281, Heydər Əliyev mərkəzində 24, Tarix-diyarşünaslıq muzeyində 50, Rəsm qalereyasında 38 mədəni-kütləvi tədbir keçirilmişdir.
Rayonun ictimai-siyasi həyatının mərkəzi olan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işi davam etdirilmiş, il ərzində mərkəzi 40024 nəfər ziyarət etmişdir.
Mədəniyyət müəssisələrində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü yubileyi, Azərbaycan Respublikasının Sərəncamları əsasında şair İmaməddin Nəsiminin 650 illik, digər yazıçı, dramaturq, bəstəkar, şair, xalq rəsasmlarımızın, xalq artistlərimizin Hacı yubileyləri ilə əlaqədar müxtləlif nominasiyalı çoxsaylı tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən növbəti 7-ci televiziya muğam müsabiqəsində zona turu rayonda keçirilmiş, müsabiqədə 3 nəfər bərdəli müsabiqənin 2-ci turunda iştirak etmək hüququ qazanmışdır.
Rayonun mədəniyyət xadimləri Xalq teatrlarının III Respublika Festivalında, “Bölgələrdən bölgələrə” II yaradıcılıq festivalında Fəxri Fərman və mükafata layiq görülmüşlər.
Şirvanlı kənd Folklor evinin “Qaravəlli”, Kətəlparaq Folklor evinin “Haxışta” folklor, 4 nömrəli uşaq incəsənət məktəbinin “Qarabağ qızları” və Divanlı kənd uşaq musiqi məktəbinin “Azərbaycan gözəlləri” rəqs kollektivləri Folklor Festivalında rayonumuzu layiqincə təmsil etmişlər.
2019-cu ildə yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində işlərin gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün tədbirlər davam etdirilmişdir.
İl ərzində yeniyetmə və gənclərlə, idmanla bağlı 77 tədbir keçirilmiş, bu tədbirlərdə 9680 nəfər iştirak etmişdir.
57 ümumtəhsil məktəbinin 67 komandası arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi yarışları keçirilmiş, birinci yeri tutmuş Yeni Daşkənd kənd tam orta məktəbinin komandası Goranboy rayonunda keçirilən zona mərhələsində II yeri tutaraq respublika mərhələsinə vəsiqə qazanmışdır.
Gənclər arasında tarixi həqiqətlərin təbliğ edilməsi məqsədilə il ərzində 20 Yanvar, Xocalı faciələri, Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar tədbirlər, dəyirmi masalar, disputlar keçirilmişdir.
Xüsusi istedada malik yeniyetmə və gənclərin aşkar edilməsi, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi üzrə tədbirlər davam etdirilmiş, rayon məktəbliləri arasında inşa yazı və rəsm müsabiqələri keçirilmiş, “ASAN xidmət” könüllüləri ilə tədbirlər, istedadlı yeniyetmə və gənclər arasında “Nə? Harada? Nə vaxt?” intelektual oyunun rayon birinciliyi keçirilmişdir.
İl ərzində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi “Vətənimizi tanıyaq” layihəsi çərçivəsində turizm gəzintisində olmuşdur.
İl ərzində rayonun idmançılar müxtəlif nominasiyalı respublika, beynəlxalq yarışlarında uğurla çıxış etmiş, 48 qızıl, 48 gümüş və 38 bürünc olmaqla 134 medal qazanmışlar.
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir.
Bütün respublikamızda olduğu kimi rayonumuzda da 23 dekabr 2019-cu il tarixdə bələdiyyə, 09 fevral 2020-ci il tarixdə Milli Məclisə növbədənkənar seçkilər Seçki Məcəlləsinə uyğun tam demokratik və aşkarlıq şəraitində keçirilmiş, 16 seçici məntəqəsində seçkilərin gedişi geniş ictimaiyyət tərəfindən izlənmiş, beynəlxalq müşahidəçilər tərəfindən heç bir nöqsan aşkar edilməmiş və 104 seçki məntəqəsinin hamısında aparılan exis-pollun nəticələri ilə seçkilərin rəsmi nəticəsi eyni olmuşdur.
2019-cu ildə rayon ərazisində 338 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərdən 319-u, yəni 94,4 %-i açılmış, 22 fakt bağlı qalmışdır. Baş vermiş cinayətlərin yalnız 8,3 faizi (28 fakt) ağır və xüsusilə ağır cinayət olmuşdur. Baş vermiş cinayətlərin sayı keçən ildəkindən 2 fakt çoxdur.
Rayonda yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması üçün ardıcıl işlər aparılmış, 87 nəfər , o cümlədən 8 nəfər təhdildən yayınan, 5 məfər evdən özbaşına getmiş, 23 nəfər haqqında material olan, 51 nəfər hüquq pozan yetkinlik yaşına çatmayan aşkar edilmişdir.
İl ərzində valideynlərinin müraciətləri əsasında rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında 14 nəfərin adı və soyadı dəyişdirilmiş, valideyn himayəsindən məhrum olmuş 13 nəfər qəyyumluğa və ya himayəyə verilmiş, 3 nəfər uşaq açıq tipli təlim-tərbiyyə müəssisələrinə göndərilmiş, məhkəmənin qərarı əsasında 29 nəfərə uşaqla ünsiyyətdə olmaq, 6 nəfərə övladlığa götürmə, 16 nəfərə uşaq tələbi, 3 nəfərə himayəyə götürmə üçün müvafiq rəy verilmiş, törətdikləri inzibati xətaya görə 45 nəfər 3600 manat cərimə edilmişlər.
Rayonda geniş ictimaiyyətin iştirakı ilə “İnsan hüquqları aylığı”, “Sülh aylığı”, “Uşaq aylığı” keçirilmişdir.
2019-cu il ərzində rayon İcra Hakimiyyəti başçısı aparatına 2185 ədəd, o cümlədən dövlət orqanlarından 1345 ədəd müraciət daxil olmuş, bütün müraciətlərə vaxtlı-vaxtında baxılması təmin edilmişdir. 2018-ci ilə nisbətən 2019-cu ildə daxil olan müraciətlərin sayı 26,1 faiz artmışdır.
Daxil olan müraciətlərin 2143 ədədi və ya 98,1 faizi ərizə, cəmi 1,9 faizi şikayət olmuşdur. 2018-ci ilə nisbətən şikayət müraciətlərinin sayı 0,5 faiz azalmışdır.
2019-cu ildə daxil olmuş müraciətlərin 377 ədədi və ya 17,2 faizi həll edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında” 2015-ci il 29 aprel 503 nömrəli Fərmanının icrası təmin edilərək daxil olan bütün vətəndaş müraciətləri, müraciətlərlə əlaqədar görülən bütün işlər vahid informasiya sisteminə daxil edilməsi davam etdirilmişdir.
İl ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında 23347 nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 3219 nəfər qəbul edilmişdir.
Yığıncaqda Bərdə Dövlət Aqrar Mərkəzinin direktoru İsmayılov Vüqar Xeyrulla oğlu, rayon Məşğulluq Mərkəzinin direktoru Şadlinski Bilman Elbrus oğlu, rayon Suvarma sistemləri idarəsinin rəisi Sərdar Əhmədov, Mərkəzi xəstəxana “Publik Hüquqi Şəxsin” direktoru Mehdizadə Nizami Feyzi oğlu, Bərdə şəhər 3 saylı tam orta məktəbin direktoru Hümbətova Səfurə Kamran qızı, Soğanverdilər kənd sakini Məmmədov Hidayət Məhəmməd oğlu və Bəcirəvan kənd sakini Qasımov Məhərrəm Hilal oğlu çıxış etmişlər.
Yığıncaqda Bərdə rayonunun 2019-cu ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Əflatun Rufiyev çıxış etmişdir.