Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş sərhədçimiz Bərdədə son mənzilə yola salınıb
07 mart 2020 | 16:00
.jpg)
Vida mərasimində Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.
Eltun Qarayevin cənazəsi izdihamın müşayiəti ilə Bərdə şəhərindəki Şəhidlər xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabutun üzərinə çəkilmiş üçrəngli Dövlət bayrağı əbədi xatirə olaraq onun ailəsinə təqdim edilib.