Bərdə Rayon İcra Hakimiyyətinin kollektivi də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı çağırışına qoşulmuşlar.
25 mart 2020 | 16:00
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı və icra hakimiyyətinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.