Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

25 mart 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatını əldə rəhbər tutaraq infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Bərdə Rayon İcra Hakimiyyəti başçısı yanında qərargah yaradılmış, qərargah üzvlərinə göstərilən qadağalara əməl olunması barədə idarə, müəssisə rəhbərlərinin və sakinlərin məlumatlandırılması tapşırılmışdır. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə işlərin davam etdirilməsi və sakinlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi üçün Rayon icra hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinə, bələdiyyələrə tapşırıq və tövsiyələr verilmişdir. Məsələnin ciddiliyi nəzərə alınaraq Bərdə rayonunda və rayonun kəndlərində, idarə, müəssisə və təşkilatların inzibati binalarında, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə maarifləndirici, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılmışdır. Bərdə Gigiyena ve Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən yaşayış binalarında, otellərdə, kəndlərdə dezinfeksiya işi davam etdirilir.

Keçidlər