Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə kompleks tədbirlər davam etdirilir.

04 aprel 2020 | 16:00

Bərdə rayonunda (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Rayon İcra Hakimiyyəti Başçısının yanında yaradılmış Operativ Qərargah tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi dərman pereparatları vasitəsi ilə bütün yaşayış məntəqələri ərazilərində olan inzibati binaların, ticarət obyektlərinin, küçə və meydanların dezinfeksiya edilməsi davam etdirilir. Şəhərin əsas küçələri və həmin küçələrdə yerləşən ticarət obyektləri, bütün idarə, müəssisə və təşkilatların inzibati binaları, otellər, mağazalar, apteklər, banklar, bütün ictimai iaşə obyektləri tam dezinfeksiya olunmuşdur. Eyni zamanda müntəzəm olaraq infeksiyaya yoluxma riskinin qarşısının alınması məqsədilə təlimatlar sakinlərə izah olunur, küçə və meydanlara maarifləndirici elanlar vurulur. Tələbata uyğun olaraq rayonda fəaliyyət göstərən əczaxanalarda qoruyucu vasitələrin olmasına nəzarət edilir. Bir neçə gündür ki, Bərdə rayonunun bütün yaşayış məntəqələrində orerativ mobil qruplar yaradılmış və həmin qruplar zərurət olmadığı halda vətəndaşların küçəyə çıxmamasına və küçəyə çıxarkən karantin qaydalarına uyğun hərəkət etmələrinə ciddi nəzarət edirlər. Yaşayış məntəqələrində insanları küçələrə çıxmaları məhdudlaşdırılmışdır. Şəhərin təmizliyi diqqət mərkəzində saxlanılır. Xidmət təşkilatlarının, polis əməkdaşlarının və səhiyyə işçilərinin birgə işi rayon İcra Hakimiyyəti tərəfindən əlaqələndirilərək mükəmməl şəkildə nöqsansız həyata keçirilməsinə ciddi nəzarət edilir.

Keçidlər