Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə Xüsusi karantin rejimi səbəbindən tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları etmək üçün hamı səfərbərdir.

17 aprel 2020 | 16:00
Dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli tədbirlər həyata keçirilir. Əhalinin həssas təbəqəsi olan yaşı 65-dən yuxarı olan tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərilir. Xüsusi karantin rejimi səbəbindən tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları Bərdə rayonunda da davam etdirilir. Bərdə Rayon İcra Hakimiyətinin başçısı Vidadi İsayevin təşəbbüsü ilə İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 600-dən artıq tənha və kimsəsiz ahılların, aztəminatlı ailələrin evləri ziyarət olunmuş və həmin ailələrə ərzaq yardımları edilmişdir.Həmçinin karantin dövründə Bərdə rayonun dan seçilmiş millət vəkilləri, rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, sahibkarlar, könüllü yardım edən xeyirxah insanlar tərəfindən rayon ərazisində yaşayan  2000  ə yaxın ailəyə ərzaq yardımı edilmişdir.Millət vəkilli FatmaYıldırım 200 ailəyə, Millət vəkili Zahid Oruc 41 ailəyə, YAP Bərdə rayon təşkilatı 52 ailəyə, Bravo supermarket 332 ailəyə, Bərdə Çörəkzavodunun direktoru MəhərrəmŞəfiyev 150 ailəyə, 43 nömrəli Yol İstismar MMC-nin direktoru İlhamƏzimov 26ailəyə, Qarabağ Çörək zavodunun direktoru Füzuli İsmayılov 50 ailəyə, Qaradəmirçi kənd İcra nümayəndəliyi və Qaradəmirçi kənd tam orta məktəbi 20 ailəyə, İkram Ziyadov 11 ailəyə, SübhanHəsənov 26 ailəyə, Rəfael Əhmədov 150 ailəyə, ElşənMustafayev 320 ailəyə, ŞamxalƏdilzadə 250 ailəyə, Vidadi Əliyev 160 ailəyə, Elnur İslamov 40 ailəyə, Vaqif Süleymanov 60 ailəyə, Babək Piriyev 23 ailəyə ərzaq və maddi yardımlar etmişlər.
Keçidlər