Şriftin ölçüsü :

Saytın rəngi :

BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVANIN TƏŞƏBBÜSÜNƏ BƏRDƏ DƏ QOŞULDU

23 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub. Belə ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Millət vəkili Fatma Yıldırım, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, İcra Hakimiyyəti baçşısının müavini - Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Mərkəzi Qan Bankının Bərdə Regional bölməsinə gələrək qanvermə aksiyasında iştirak ediblər. Aksiyada həmçinin yerli icra strukturları ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların  işdə olan və sağlamlığı imkan verən əməkdaşları da könüllü iştirak ediblər. İki gün davam edən aksiyada 138 nəfərdən qan alınmışdır.
Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirlib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb

Keçidlər