Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının Zirvə görüşü və korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyyə sədrləri ilə videomüşavirə keçirmişdir.

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının sədrliyi ilə Qoşulmama Hərəkatının Zirvə görüşünun əhəmiyyəti bütün dünya ölkələrində rəğbətlə qarşılanmışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir. Bu nəticələrin daha uğurlu olması və onlardan bütün xalqın daha yaxşı bəhrələnməsi prosesi isə   korrupsiya, rüşvətxorluq, xalqın malına göz dikmə və digər mənfi hallara qarşı qətiyyətli və kəskin mübarizə aparmağı vacib şərt olaraq qarşıya qoydu. Buna görə də son günlər Dövlət Təhlükəsizlik Xidmətinin müxtəlif qurumlarda, həmçinin bəzi rayon İcra Hakimiyyəti orqanlarında apardığı əməliyyat bu mənfi tendensiyanın aradan qaldırılmasında mühüm addım oldu.
Məsələlərlə  əlaqədar Bərdə rayon İcra Hakimiyyətinin başçısı rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçularına müvafiq tapşırıqlar vermiş, rayonun   inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyyə sədrləri  ilə videomüşavirə keçirərək korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin və  qanunlarımızın diqtə etdiyi çərçivədə prinsipial mövqe göstərməklərinin günün tələbi olduğunu onlara bir daha qəti şəkildə bildirmişdir.

 

Keçidlər