Şriftin ölçüsü :

Saytın rəngi :

BAMF-ın BMT-nin İnkişaf Proqramının və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə Ağcabədi və Bərdə rayonlarının, Yevlax şəhərinin nümayəndələrinin iştirakı ilə “2015-ci ildən sonra miqrasiya və insan alverinə dair məsləhətləşmələrin inkişaf gün

25 may 2013 | 15:00

 

         24 may 2013-cü il tarixdə Bərdə şəhər Elektron kitabxanada BAMF-ın BMT-nin İnkişaf Proqramının və Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə Ağcabədi və Bərdə rayonlarının, Yevlax şəhərinin nümayəndələrinin iştirakı ilə “2015-ci ildən sonra miqrasiya və insan alverinə dair məsləhətləşmələrin inkişaf gündəliyi” adlı tədbir keçirilmişdir.
         Tədbirdə BAMF-nin sədri Umud Rəhimoğlu, BMT-nin əlaqələndirmə üzrə analitiki İradə Əhmədova, Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan nümayəndəliyi rəhbərinin səlahiyyətlərini icra edən Sehran Aktorpaq, BMT-nin ictimai informasiya departamentinin rəhbəri Envera Selimovic – cəmi 65 nəfər iştirak etmişlər.
         Tədbiri BAMF-ın sədri Umud Rəhimoğlu açmış, tədbir iştirakçılarını təqdim etmişdir. Tədbir iştirakçılarını Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələləri şöbəsinin müdiri Fəqət xanım Şadlinskaya salamlamışdır. Tədbirdə Minilliyin inkişafı hədəfləri, 2015-ci ildən sonra inkişaf proqramı və miqrasiya meylləri barədə BMT-nin Əlaqələndirmə üzrə analitiki İradə Əhmədova və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi rəhbərinin səlahiyyətlərini icra edən Sehran Aktoprak, İstədiyimiz gələcək: miqrasiya və insan alverinə dair müzakirələr barədə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi rəhbərinin səlahiyyətlərini icra edən Sehran Aktoprak çıxış etmiş, tədbirin sonunda BMT-nin ictimai informasiya departamentinin rəhbəri  Envera Selimoviç və BAMF-ın sədri Umud Rəhimoğlu nitq söyləmişlər. Duskusiya şəraitində keçən tədbirdə iştirakçılar müzakirə edilən məsələ barədə öz fikirlərini bildirmişlər.

Keçidlər