Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə dövlət və xalqın birliyinə xidmət edir

11 may 2020 | 16:00

2020-ci il bütün dünyamız üçün, eləcə də respublikamız üçün ağır bir sınaq ili kimi gələcək illərdə yəqin ki, çox xatırlanacaq. Dünya ölkələri hətta ən inkişaf etmiş ölkələr belə bu imtahanın öhdəsindən çox çətinliklə gəldikləri halda dövlətimiz bu sınaqdan da üzüağ çıxmağı bacaracaqdır.
Dünyanı cənginə alan koronavirus pandemiyasının ilk dalğaları respublikamıza gələn kimi dövlət başçımız cənab İlham Əliyevin göstərişi ilə bu bəlanın qarşısını almaq üçün bütün kompleks tədbirlər görüldü. Vətəndaşlarımıza həm maddi həm də mənəvi köməkliklər göstərildi. Hökumətimizin bu strategiyası bütün nazirlikləri, iş adamlarını hətta sıravi insanları belə bu bəladan minimum itki ilə çıxmaq amalı ətrafında birləşdirdi. Azərbaycan dövləti və xalqı çətin gündə birlik olmağın gözəl nümunəsini göstərdi.
Koronavirusla mübarizə dövründə bu çətinliklərdən istifadə edib öz mənafelərini düşünənlər də tapıldı. Onlar dövlətin aztəminatlı əhaliyə göstərdiyi yardımları belə mənimsəməkdən çəkinmədilər. Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına ölkədə zəmin yaradan Prezident cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər.
Ölkə prezidenti tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya, dövlət əmlakını talama hallarına son qoymayan bəzi Rayon İcra Hakimiyyətinin başçıları Dövlət Təhlükəsizlik Xidməti orqanları tərəfindən həbs edildilər. Əlbəttə belə məmurlar dövlətçiliyimizə, xalqımıza qarşı xəyanət etmişlər. Onların bu yaramaz hərəkətləri bütün əhali tərəfindən pislənilir və lənətlənir.
Onlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına verdiyi tapşırıqlara məhəl qoymayaraq öz çirkin hərəkətlərini davam etdirmiş və layiqli cəzalarını almışlar.
Biz inanırıq və əminik ki, ölkədə aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatları respublikamızın yeni inkişaf mərhələsinə keçməsini təmin edəcək və uğurlu nəticələr əldə ediləcəkdir.
Mən öz adımdan və bütün rayon müəllimləri adından hörmətli Prezidentimizə bu qətiyyətli addımlarına görə təşəkkür edir və inanıram ki, dövlətimizin, xalqımızın birliyi bizi daha uğurlu günlərə çatdıracaqdır.

Keçidlər