Bərdə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən könülllərə Sertifikatlar təqdim edilmişdir.
15 may 2020 | 16:00
Bərdə Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.
2020- ci il ölkəmizdə “Könüllülər İli “ elan olunmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi ilə dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviqi işi aparılmış və nəticə olaraq könüllülərə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən Sertifikatlar təqdim edilmişdir.
Könüllülərə Sertifikatların təqdimedilməsi zamanı rayon İcra Hakimiyyyətinin başçısı V.İ.İsayev könüllü gəncləri təbrik edərək könüllüllük hərəkatının əhəmiyyətindən danışmış, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.