Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının IX konfransı

22 may 2013 | 15:00

 

         22 may 2013-cü il tarixdə rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının IX konfransı keçirilmişdir.
         Konfransda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsyaev,  Yeni  Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının Şura üzvləri, YAP fəalları,  rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. 
         Konfransda “İki sahil” qəzetinin Baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Azərbaycan” qəzetinin Baş redaktoru, Millət vəkili Bəxtiyar Sadıqov, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etmişlər.
         Konfrans iştirakçıları tədbirdən əvvəl rayonun Mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoymuşlar.
         Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Konfrans iştirakçıları keçən konfransdan ötən müddət ərzində vəfat etmiş Yeni Azərbaycan Partiyasının üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
         Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya konfransı giriş nitqi ilə açmış və hesabat məruzəsi ilə çıxış etmişdir. Konfransda Yeni  Azərbaycan Partiyasının üzvləri Yaşar Zamanov, Qənirə Paşayeva, “Azərbaycan” qəzetinin Baş redaktoru, Millət vəkili Bəxtiyar Sadıqov, “İki sahil” qəzetinin Baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, YAP Bərdə rayon təşkilatı aparatının təlimatçısı Səba Məmmədova çıxış etmişlər.
         Konfrans YAP Bərdə rayon təşkilatının ötən dövrdəki fəaliyyətini qənaətbəxş hesab etmiş, Yeni Azərbaycan Partiyasının V qurultayına 10 nəfər nümayəndə seçmişdir.
         Konfransda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev yekun nitqi söyləmişdir.
         Konfransda 265 nəfər iştirak etmişdir.

Keçidlər