Bərdə rayonunda barama təhvilinə başlanmışdır.
31 may 2020 | 16:00
2020-ci ildə Bərdə rayonunda 1000 qutu ipək qurdu itkisiz bəslənilmiş, ipək qurdunun 5 yaş dövrü keçmiş və hazırda şaxlanma dövründədir. 30 may 2020-ci il tarixdə baramanın ilkin təhvilinə başlanmışdır. 03 iyun 2020-ci il tarixdə baramanın kütləvi təhvilinə başlanacaqdır. Bu il qəbul məntəqəsinə 40 ton-dan yuxarı barama təhvil verilməsi nəzərdə tutulub.