Şriftin ölçüsü :

Saytın rəngi :

17 İYUN TİBB İŞÇİLƏRİ GÜNÜDÜR

17 iyun 2020 | 16:00

Ulu Öndər Heydər Əliyev 1918-ci il iyun ayının 17 də Şərqdə Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə bu günün hər il tibb işçilərinin peşə bayramı günü olaraq qeyd edilməsi barədə 2001-ci ildə sərəncam imzalamışdır. Və elə o gündən hər il bu peşə bayramı ölkəmizdə təntənə ilə qeyd edilir.
   Gözlənilmədən dünyanı bürüyən pandemiya dövründə, müalicəsi və vaksini hələ tapılmayan bir virusla döyüşdə  həkimlər və tibb işçiləri əsl qəhrəmanlara cevrildilər.  Onların fədakarlığını layiqincə ifadə etməkdə sözlər çox acizdir. Hər zaman onlar öz şəfqəti və şəfalı əllərini ilə vətəndaşlarımızın sağlamlığı uğrunda şərəflə mübarizə aparmışlar.
Əziz həkimlər, hörmətli tibb işçiləri! Şərəfli əməyiniz  təriflərin ən gözəlinə, hörmətin və ehtiramın ən möhtəşəminə layiqdir.   Əminik ki,  möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin COVİD-19-la mübarizədə həyata keçirdiyi qabaqlayıcı tədbirlərin, sizlərinsə qəhramanlığınız sayəsində gözəgörünməz düşmənlə mübarizədə qalib gələcək, fədakarlığınızla bundan sonra neçə-neçə nəsillərə nümunə olacaqsınız.
                    Əziz səhiyyə işçiləri,   bayramınız mübarək!

Keçidlər