Şriftin ölçüsü :

Saytın rəngi :

6 iyul 2023-cü il tarixdə Bərdə rayon İcra Hakimiyyətində qanunsuz tikililərə qarşı mübarizə ilə əlaqədar aidiyyəti üzrə görüş keçirilmişdir

07 iyul 2023 | 15:38

Azərbaycan Respublikası Prezidentinin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli Fərmanı ilə əlaqədar olaraq Bərdə rayonu üzrə Dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə rayon icra hakimiyyətinin işçilərindən məsul şəxslərin təyin edilməsi barədə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, aparatın məsul işçiləri, Qarabağ Regional Memarlıq və Şəhərsalma İdarəsinin baş məsləhətçisi Zöhrab İsmayılov, rayon Polis şöbəsinin rəisi Ənvər Həsənov, sahə müvəkkilləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər. Fərmana əsasən Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlərin görülməsi və bu yönümdə qətiyyətli addımların atılması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər