Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayon İcra Hakimiyyətində koronovirus pandemiyası ilə əlaqədar karantin rejimin rayonda sətləşdirilməsi ilə əlaqədar onlayn müşavirə keçirilmişdir.

04 iyul 2020 | 16:00
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və sahə rəisləri və inspektorlarının iştirakı ilə keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev koronoviros pandemiyası ilə əlaqədar rayondakı mövcud vəziyyət və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 iyl 2020-ci il tarixli 236 nömrəli Sərəncamı barədə məlumat verdi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkənin 15 şəhər və rayonunda, o cümlədən Bərdədə sərtlərşdirilmiş karantin rejimi tədbiq olunduğunu. Bərdədə yeni növ koronavirus infeksiyasının daha da geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən və keçiləcək kompleks tədbirlər üzrə işlərin davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılar nəzərə alınaraq, Bərdədə bu istiqamətdə həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı karantin rejimin sərtləşdirilməsi ilə əlaqədar hər bir rəhbər işçinin cəmiyyət üçün nümunə olmasını, hər bir sakinin fərdi mühafizə vasitələrindən istifadə etməsinin, heç bir iaşə və məişət xidməti müəssisəsinin fəaliyyət göstərməməsinin, fəaliyyət göstərən xidmət obyektlərinin mövcud qaydalar əsasında işləməsinin təmin olunmasının vacibliyini qeyd etdi.
Bu məqsədlə rayon Qərargahı tərəfindən yaradılmış monitorinq qruplarının işə tam məsuliyyətlə yanaşmalı, COVİD 19 virusuna yoluxmuş, o cümılədən evdə müalicə olunan şəxslərin ictimayətdən təcrid edilməsi üçün  əhalinin maarifləndirilməsini təmin etməli, ərazilərdə yas mərasimlərinin az adamların iştirakı ilə keçirilməsini, 5 nəfərdən çox admaın bir arada toplanmamasını, sakinlərin sosial məsafəni gözləmələri təmin etməlidir.Monitorinq qrupları həmçinin karantin rejimi pozanlar barədə qanunda nəzərdə tutulmuş cəzaları əhaliyə çatdırmalıdırlar.
Bunlarla yanaşı monitorinq qrupları yaşayış məntəqələri arasında hərəkətin məhdudlaşdırmalı, rayonun kəndlərindən qonşu rayonlarına keçidin qarşısının almalı, rayonun Birinci Qazaxlar, Xəsili və Mehdixanlı kəndlərində olan arxa yolların kəsilməsini təmin etməli, ərazilərdə yoluxma simtomu olanlar barədə məlumatın dərhal rayon Mərkəzi xəstəxanasına məlumatı verməlidirlər.
Monitorinq qrupları aztəminatlı ailələrin fərdi mühafizə vasitələri ilə təmin olunması üçün sahibkarları təşviq etməli, evdə müalicə olanların ailələri ilə daima əlaqə saxlamalı, xəstəliyin dinamikasına xüsusi nəzarəti təmin etməlidir.
Karantin rejiminin sərtləşməsi ilə əlaqədar monitorinq qrupları əhaliyə daha həssaslıqla yanaşmalı, onların haqlı tələblərini dərhal icra etməli, əhalinin içməli su, elektrik enerjisi və təbii qazla təmin edilməsi vəziyyətinə daimi nəzarəti təmin etməlidirlər.
Monitorinq qrupları kənd təsərrüfatı işlərinin gedişatını təmin etmək üçün tədbirlər görməli, işin ahəngini təmin etməlidirlər.
Videokonfransda  rayon prokuroru Asəf Şahsevənov, Dövlət Təhlükəsizliyi Xidmətinin Bərdə Rayon şöbəsinin rəisi Oqtay Cahangirov çıxış edərək koronovirus pandemiyasına qarşı mübarizədə Operativ Qərərgahın qərar və tapşırıqlarına, tövsiyələrinə düzgün əməl etməyi, karantin qaydalarına riayət etməyənlər barədə ciddi inzibati cəza tədbirləri görüləcəyini bildirmiş, hər bir vətəndaşa özünün və əhatəsində olan insanların sağlam qalmaları üçün gigenik qaydalara əməl etmələrini tövsiyyə etmişlər.
Keçidlər