Şriftin ölçüsü :

Saytın rəngi :

28 may – Respublika günü

28 may 2013 | 15:00

 

 27 may 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında 28 may – Respublika günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimayətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya açmış, Dövlət Himni səsləndirilmiş, 28 may – Respublika günü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, YAP Bərdə rayon təşkilatının sədri Fəqət xanım Şadlinskaya məruzə etmiş, tədbirdə Akademik Z.Əliyeva adına texniki təmayüllü məktəb-liseyin müəllimi Elgün Qocamanov və Zümürxan kənd tam orta məktəbin müəllimi Əfsanə Nəcəfova çıxış etmiş, YAP sıralarına qəbul edilmiş bir qrup gəncə üzvülük vəsiqələri təqdim edilmiş, Bərdə şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı kompazisiya nümayiş etdirilmişdir. Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə 120 nəfər iştirak etmişdir.

Keçidlər