Bərdədə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
06 iyul 2020 | 16:00
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və aidiyyəti ərazilər üzrə mobil qruplarının üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetinin 03 iyul 2020-ci il tarixli 236 nömrəli Sərəncamı, Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində rayon və şəhər rəhbərləri qarşısında qoyulan tələb və tapşırılarlarla bağlı Bərdə şəhərində reyd keçiriblər. Onlar sakinlərlə, qida məhsulları satışı ilə məşğul olan ticarət obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar. Bakı küçəsində “Bolmart” supermarket, H.Əliyev prospektində “Araz “ supermarket, Bakı küçəsində “Bazarstore”, H.Aslanov küçəsində “Bolmart” supermarket, İ.Qayıbov küçəsində “Neptun” supermarket obyektlərində mühafizə vasitələrindən istifadənin və sosial məsafənin gözlənilməsi vəziyyəti öyrənilmiş, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması barədə göstərişlər verilmişdir. Reyd zamanı COVİD 19 pandemiyasından qorunmaq vasitələri barədə vətəndaşlar, xidmət təşkilatlarının işçiləri maarifləndirilmişdir, şəxsi mühafizə vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin, gigenik qaydalara riayyət olunmasının zəruri olduğu, karantin rejimini pozanlar barədə ciddi cəza tədbirlər görüldüyü bildirilmişdir. Reyd zamanı “Bolmart” supermarketin müdiri Abbasov Mənsur Raqub oğlu 220-ci maddə ilə, marketlərdə maskadan istifadə etmədiklərinə görə 2 nəfər alıcı – Məmmədov Rövşən Elçin oğlu və Bayramov Cavid Faiq oğlu barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə uyğun olaraq rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 67 mobil qrup fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronovirus pandemiyasının qarşısının alınması üçün qaydalara riayət olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.