Bərdədə mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq davam etdirilir.
09 iyul 2020 | 16:00
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Bərdə rayon İcra Hakimiyyəti tərəfindən 14-ü şəhərdə ,35-i kəndlərdə olmaqla 49 mobil qruplar yaradılmışdır.
Yaradılmış mobil qruplar tələb və tövsiyələri sakinlərə çatdırmaq üçün öz fəaliyyətlərini hər gün davam etdirirlər.Bərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplarla birgə Bərdə şəhərində və rayonun kəndlərində insanların daha sıx istifadə etdiyi ərazilərdə, ticarət obyektlərində reydlər aparılıb, reyd zamanı insanlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tövsiyyə olunub, maarifləndirici söhbətlər aparılıb və vətəndaşlara koronavirus pandemiyasından qorunmaq üçün məlumat vərəqələri və flayerlər paylanılıb. Bununla bərabər rayonun küçə və meydanlarında, xidmət obyektlərində, çoxmənzilli yaşayış binalarında ümumi və fərdi posterlər yapışdırılmışdır. Gün ərzində 84 ticarət obyektində reydlər aparılmış, , 14 xidmət obyektinə və 30 vətəndaşa xəbərdarlıq edilmiş, 11 nəfər vətəndaş barəsində inzibati protokol tərtib edilmiş, 1 nəfər vətəndaş barəsində 8 sutka həbs qərarı verilmişdir