Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunun ümumtəhsil məktəblərində “Son zəng”

01 iyun 2013 | 15:00

 

31 may 2013-cü il tarixdə rayonun 59 ümumtəhsil tam orta məktəblərində “Son zəng” tədbirləri böyük təntənə ilə qeyd olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev Akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseydə və Bərdə şəhər 3 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirlərində iştirak etmişdir.
Bütün ümumtəhsil məktəblərinin “Son zəng” tədbirlərində rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişlər.
Cari ildə rayonun ümumtəhsil tam orta məktəblərini 1426 şagird bitirəcəkdir.

Keçidlər